Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Magistraturaya sənəd qəbulu elan edilib

04 Fevral 2020, 10:00 (GMT +4)

Bakı, 3 fevral, SalamNews.DİM 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

SalamNews xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il fevralın 3-dən 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 3 fevral 2020‑ci il saat 10.00-dan 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra, 2020-ci il iyunun 8-dən 18-dək aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. «Magistr» jurnalının bu sayında, eyni zamanda müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

Nazirlik rəsmisi: “Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil”

“CinemaPlus” Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edir

YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib (FOTO)

“Azercell” 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

ABŞ əhaliyə 6 trilyon ABŞ dolları həcmində yardım edəcək

AzMİU Prezidentin çağırışına qoşularaq 50 min manat yardım edir

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Səfir: Bordodan Tehrana iki humanitar yardım təyyarəsi gəlib

Bakcell Prezidentin çağırışına qoşularaq 1.5 milyon manat yardım edib

“Nar” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat yardım edib

"ASAN xidmət" Prezidentin çağırışına qoşularaq 200 min manat yardım edir

YAP Prezidentin çağırışına qoşularaq 200 min manat məbləğində yardım edir

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

Polis rəisi Xaçmazlılara yardım paylayıb (FOTOLAR)

DİM abituriyentlərə və valideynlərə müraciət edib

İran koronavirusla bağlı yardıma görə Azərbaycana təşəkkür edib

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

30 Mart 2020, 13:24 (GMT +4)
Konte: Koronavirus anti-Avropa əhval-ruhiyyəsinin artmasına səbəb ola bilər

30 Mart 2020, 13:24 (GMT +4)
Taliban Əfqanıstanın şimal-şərqində hücuma keçib, azı 13 ölü var

30 Mart 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 Mart 2020, 12:52 (GMT +4)
Vergilərin ödənilməsi müddəti uzadılıb

30 Mart 2020, 12:49 (GMT +4)
İtaliya televiziyasında Rusiya dövlət himni səsləndirilib

30 Mart 2020, 12:45 (GMT +4)
SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

30 Mart 2020, 12:25 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

30 Mart 2020, 12:17 (GMT +4)
Netanyahunun müşaviri koronavirusa yoluxub, baş nazir də testdən keçəcək

30 Mart 2020, 12:15 (GMT +4)
Almaniyada gün ərzində təxminən 70 nəfər koronavirusdan ölüb

30 Mart 2020, 11:55 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Mart 2020, 11:43 (GMT +4)
Tramp: ABŞ Şahzadə Harrinin ailəsinin qorunması üçün pul xərcləməyəcək

30 Mart 2020, 11:34 (GMT +4)
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb

30 Mart 2020, 11:33 (GMT +4)
Koronavirus qarşıdurmanın olduğu Əfqanıstan və Suriyada da can almağa başlayıb

30 Mart 2020, 11:15 (GMT +4)
Tramp 200 min amerikalının virusdan ölümünü müsbət nəticə hesab edir 

30 Mart 2020, 11:08 (GMT +4)
Milli Məclisin iclası başlayıb

30 Mart 2020, 10:57 (GMT +4)
Bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib

30 Mart 2020, 10:38 (GMT +4)
WTI markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb

30 Mart 2020, 10:37 (GMT +4)
Senat nümayəndələri İrana qarşı sanksiyaların dayandırılması üçün məktub ünvanlayıblar

30 Mart 2020, 10:30 (GMT +4)
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır (FOTOLAR)

30 Mart 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxmuşların 93 faizi sağalıb

30 Mart 2020, 10:14 (GMT +4)
AMB bu günə olan valyuta məzənnələrini açıqlayıb

30 Mart 2020, 10:03 (GMT +4)
İranın Şiraz şəhərində koronavirusla bağlı həbsxanada üsyan baş verib

30 Mart 2020, 10:00 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edib

30 Mart 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

30 Mart 2020, 09:19 (GMT +4)
Suriyada minlərlə İŞİD üzvünün olduğu həbsxanada üsyan baş verib

30 Mart 2020, 09:12 (GMT +4)
REA koronavirusa qarşı kömək edə biləcək dərmanlarların olduğu barədə məlumat verib

30 Mart 2020, 09:05 (GMT +4)
İtaliya aprelin 3-dən sonra karantini uzadacaq

30 Mart 2020, 09:02 (GMT +4)
Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66