Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

MSK DSK-ların mütəxəssisləri üçün seminarlara başlayıb

01 Fevral 2020, 12:38 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının (DSK) İT mütəxəssisləri üçün seminarlara başlayıb.

SalamNews-un məlumatına görə, seçki günü məlumatların operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Komissiya bu gündən etibarən növbəti əhəmiyyətli layihəyə start verib.

DSK-ların informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün keçirilən seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.

Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının MSK-ya birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.

İT mütəxəssislərinin iş təcrübələri, peşəkar vərdişləri və praktiki biliklərinin gücləndirilməsi istiqamətində mühüm rol oynayan seminarlar fevralın 2-də öz işini yekunlaşdıracaq.

Tədbirdə çıxış edən MSK-nın katibi Arifə Muxtarova deyib ki, 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində irimiqyaslı tədbirləri davam edir:

“Bu artıq MSK-nın sonuncu tədbirlərindəndir. Əsas məqsədimiz yeni proqram layihələrini bir daha İT mütəxəssislərimizin diqqətinə çatdırmaqdır. Seçki Məcəlləsinin və MSK-nın müvafiq təlimatına uyğun olaraq, səsvermə günü seçici fəallığı ilə bağlı məlumatların DSK-dan MSK-ya göndərilməsi, eyni zamanda səslərin hesablanmasının ilkin nəticə məlumatlarının DSK-lara və MSK-ya ötürülməsi İT mütəxəssislərinin üzərinə düşür. Ona görə də onların maarifləndirilməsi bizim üçün əsas prioritet məsələlərdəndir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

MSK-nın iclası başlayıb

MSK sədri: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır

MSK Hadı Rəcəblinin dairəsinin nəticələrini ləğv edib

MSK: Sosial şəbəkələrdəki videogörüntülər araşdırılır

MSK deputatlığa namizədin vəkilinin ölməsinə münasibət bildirib

MSK qalib gəlimiş namizədlərin adlarını açıqlayıb (SİYAHI)

MSK: 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib

MSK sədri: İki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib

Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub

Məzahir Pənahov: MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır

MSK: 689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

MSK sədri: “Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”

MSK: İndiyədək 557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

MSK saat 15:00-a olan seçici fəallığını açıqlayıb

MSK KİV-lərə müraciət edib

MSK sabah Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi məsələsinə baxacaq

Rusiyanın MSK sədri hücuma məruz qalıb  

Rusiyanın Omsk vilayətində yeniyetmələr məktəbi yandırıblar

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

06 Aprel 2020, 14:35 (GMT +4)
Sumqayıtda ağacları köçürüb yerində mobil səyyar hospital quraşdırılır

06 Aprel 2020, 14:19 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 60 mini keçib

06 Aprel 2020, 14:18 (GMT +4)
Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

06 Aprel 2020, 14:07 (GMT +4)
Koronavirus səbəbilə xəstəxanaya yerləşdirilmiş Consonun vəziyyəti haqqında məlumat verilib 

06 Aprel 2020, 14:01 (GMT +4)
Taksi xidməti göstərən 188 nəfər barədə məlumat açıqlanıb

06 Aprel 2020, 13:47 (GMT +4)
Azərbaycanda bəzi tələbələrin təhsil xərclərinin ödənilməsi üçün layihə hazırlanır

06 Aprel 2020, 13:26 (GMT +4)
ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub

06 Aprel 2020, 13:25 (GMT +4)
Ukraynadan Azərbaycana qanunsuz şəkildə dezinfeksiyaedici vasitələr gətirməyə çalışanlar saxlanılıb

06 Aprel 2020, 13:21 (GMT +4)
İraqda ABŞ şirkətinin işlətdiyi neft buruğuna 5 raket atılıb

06 Aprel 2020, 13:19 (GMT +4)
Sabah Azərbaycanda yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

06 Aprel 2020, 12:50 (GMT +4)
Rusiyada dollar və avro bahalaşıb

06 Aprel 2020, 12:35 (GMT +4)
Gənclər “Tələbə baharı”na dəvət olunur

06 Aprel 2020, 12:30 (GMT +4)
Səudiyyə koalisiyası Yəmənə onlarla aviazərbə endirib, ölənlər var

06 Aprel 2020, 12:23 (GMT +4)
DİN: Karantin rejimini pozan 6 nəfər həbs edilib

06 Aprel 2020, 12:16 (GMT +4)
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib

06 Aprel 2020, 12:14 (GMT +4)
Rusiyada 954 koronavirusa yeni yoluxma halı qeydə alınıb

06 Aprel 2020, 11:55 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 2,463-a çatıb

06 Aprel 2020, 11:42 (GMT +4)
Energetika Nazirliyi I rübdə inzibati xətalarla bağlı statistikanı açıqlayıb

06 Aprel 2020, 11:40 (GMT +4)
Tramp koronavirusla bağlı vəziyyətdə "tunelin sonunda işıq" gördüyünü bildirib

06 Aprel 2020, 11:24 (GMT +4)
SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama verilib

06 Aprel 2020, 11:23 (GMT +4)
Çində güclü zəlzələ baş verib

06 Aprel 2020, 11:17 (GMT +4)
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb

06 Aprel 2020, 11:13 (GMT +4)
Elmir Vəlizadə:" Ölkənin internetə artan tələbatını təmin edəcəyik"

06 Aprel 2020, 11:08 (GMT +4)
Liviyanın sabiq baş naziri koronavirusdan ölüb

06 Aprel 2020, 10:59 (GMT +4)
Karantin rejimini pozan 1 369 sürücü və sərnişin cərimələnib

06 Aprel 2020, 10:48 (GMT +4)
Almaniyada koronavirusa yoluxanların sayı 95 mini keçib

06 Aprel 2020, 10:30 (GMT +4)
İraq Parlamentinin öncül cinahları yeni siyasətçini baş nazirlik kürsüsünə təklif ediblər

06 Aprel 2020, 10:18 (GMT +4)
Tramp Consonun koronavirusun öhdəsindən gələcəyinə inanır 

06 Aprel 2020, 10:15 (GMT +4)
Hacı Əbdül vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66