Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

İslam dünyasında həzrət Fatimənin (s.ə) şəhid olması ilə bağlı tədbirlər keçirilir

29 Yanvar 2020, 09:03 (GMT +4)

Bakı, 29 yanvar, SalamNews. B.Samid. Bu gün həzrət Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı, onun nəslinin davamçısı və imamlar anası Fatimeyi-Zəhranın (s.ə) şəhid olan gününə (bəzi hədislərə görə) təsadüf edir.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə 1441-ci ilin Cumada əs-Saniyə ayının 3-dür. Bəzi hədislərə görə həzrət Fatimə (s.ə) bu tarixdə, digər hədislərə görə isə Cumada əs-Ula ayının 13-də şəhid edilib. Müsəlmanlar bu günləri hüznlü Fatimiyyə günləri kimi qeyd edirlər.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb. Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki, həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin övladları vasitəsilə baş tutub.

Qurani-Kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində peyğəmbər ailəsinin və Əhli-beytinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının bütpərəstlərlə mübarizəsinin çətin və şiddətli zamanına təsadüf edib. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirir. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrəti Fatimə müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə) qəbrinin yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi hələ də naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli fikri bildirən hədislər var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər. Hüznlü Fatimiyyə günləri bu gündən etibarən başlayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gürcüstanda xanım Fatimənin (s) doğum günü təntənəli şəkildə qeyd olunub (FOTO)

Hacı Şahin: Xanım Fatimə (s) öz varlığı ilə tarixdə bir inqilab yaradıb

Bu gün Peyğəmbərin (s) qızı Xanım Fatimənin (s.ə) doğum günüdür

Bu gün Peyğəmbərin qızı həzrət Fatimənin doğum günüdür

Bu gün imamlar anası həzrət Fatimənin (s.ə) şəhid olan günüdür

"Fatiməyi-Zəhra" məscidində ikinci qədr gecəsi keçirilib (FOTO)

Moskvada Xanım Fatimənin (s.ə) mövludu qeyd olunub (FOTO)

Rusiya paytaxtında Xanım Fatimənin (s.ə) mövludu qeyd olunur

Gürcüstanda xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə mərasimlər keçirilir (FOTO)

Bu gün Xanım Fatimənin (s.ə) mövlud günüdür

Bu gün Xanım Fatimənin (s.ə) şəhadət tarixidir

Bakıda Xanım Fatimənin (s.ə) mövludu ilə bağlı flaşmob keçirilib (VİDEO)

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı

Moskvada Həzrət Fatimənin (ə) şəhadət günü ilə bağı tədbirlərə yekun vurulub

Həzrət Fatimə (ə) öz qısa həyatında üç qadın obrazını nümayiş etdirdi - ilahiyyatçı

Gürcüstanda Həzrət Fatimənin (ə) şəhadət günləri ilə bağlı mərasimlər keçirilir

Sabahdan İslam dünyasında Həzrət Fatimənin (ə) şəhadət günü qeyd olunacaq

Azərbaycanda ilk dəfə həzrəti Fatimənin (s.ə) həyatı haqqında film çəkilib (VİDEO)

Bu gün İslam Peyğəmbərinin (s) qızı Xanım Fatimənin (s.ə.) doğum günüdür

Bakıda Xanım Fatimənin (s.ə) mövlud günü ilə bağlı sosial aksiya keçirilib (FOTO)

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

26 Noyabr 2020, 17:36 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

26 Noyabr 2020, 17:24 (GMT +4)
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

26 Noyabr 2020, 17:10 (GMT +4)
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66