Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb

27 Yanvar 2020, 14:00 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews. Bu gün Kürdəmir rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə KOB dostlarının saytı 21-ə çatıb.

SalamNews bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də "KOB Dostu"nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət edib. Bildirilib ki, 2020ci ildə də "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaq.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə həmçinin, "KOB Dostu" mexanizminə, daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub.

Qeyd edək ki, iştirakçıları Kürdəmirdə yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək "KOB Dostu"nun ofisi ilə tanış olublar. Qeyd olunub ki, burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər "KOB Dostu" ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də "KOB könüllüləri" fəaliyyət göstərəcəkdir.

Tədbir çərçivəsində sahibkarların problemlərinin və təkliflərinin öyrənilməsi üçün sorğu da keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb

Xaçmaz “KOB evi”ndə sahibkarlara göstərilən xidmətlər açıqlanıb

İlk KOB Evi istifadəyə verilib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

“KOB Dostu” şəbəkəsi genişləndiriləcək

Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

Xaçmazda ilk KOB İnkişaf Mərkəzi fəaliyyətə başlayacaq

KOBİA-nın nizamnamə fondu iki dəfədən çox artırılıb

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

KOBİA ilə “Deloitte” şirkəti əməkdaşlığı genişləndirir

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

ARPA sədri Günay Şahbazova KOBİA tərəfindən təltif edilib

Yaponiya ilə KOB sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

18 Fevral 2020, 10:10 (GMT +4)
Bakıda silsilə oğurluqlar edən şəxslər tutulublar

18 Fevral 2020, 09:57 (GMT +4)
“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib

18 Fevral 2020, 09:54 (GMT +4)
Bəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib (VİDEO)

18 Fevral 2020, 09:50 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Fevral 2020, 09:48 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb

18 Fevral 2020, 09:40 (GMT +4)
Ali məktəblərə qəbul imtahanında dəyişiklik edilib

18 Fevral 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

18 Fevral 2020, 09:21 (GMT +4)
Hələbin beynəlxalq hava limanı yeddi ildən sonra fəaliyyətə başlayır

18 Fevral 2020, 09:20 (GMT +4)
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

18 Fevral 2020, 09:15 (GMT +4)
Pelosi demokratları Trampın yenidən seçilməsinə qarşı birləşməyə çağırıb

18 Fevral 2020, 09:10 (GMT +4)
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

18 Fevral 2020, 09:00 (GMT +4)
AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66