Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27 Yanvar 2020, 10:53 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews. Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarımızdan biri də tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Sara Aşurbəylidir.

SalamNews xəbər verir ki, yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür.

1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açan Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olub. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. Alim bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarix kitablarının, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan Sara xanım tarix elmləri doktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.

Tarixçi-alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona ünvanlandığı məktubda yazmışdır: “...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.

Sara xanım təkcə vurğunu olduğu tarix sahəsi ilə kifayətlənməyib. O, həm də gözəl rəssam və musiqiçi idi. Dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il Konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) xarici dildən dərs deyib. Sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Görkəmli Azərbaycan tarixçisi və şərqşünası Sara Aşurbəylinin doğum tarixidir

Tarixçi və şərqşünas Sara Aşurbəylinin doğum tarixidir

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66