Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:53 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” adlı fotosərgi açılıb.

SalamNews xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Rusiyanın TASS İnformasiya Agentliyinin birgə təşkilati dəstəyi ilə reallaşıb.

Açılış mərasimində çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Sərgidə TASS-ın və AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir. Buna görə də sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar”.

Qeyd olunub ki, bu fotolarda ölkələrimizin liderləri, tanınmış siyasətçilər, ictimai xadimlər, elm adamları, aktyorlar, musiqiçilər və idmançılar əks olunub. Ekspozisiyada Azərbaycan xalqının ümummilli lideri, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni məzmunla zənginləşdirmiş Heydər Əliyevin, öz səyləri ilə ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən və gündən-günə möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin fotoları var.

Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirov, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Müslüm Maqomayev, böyük musiqiçimiz və diplomatımız, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, görkəmli neftçi Fərman Salmanov da bu fotoların qəhrəmanlarıdır.

Onların hər biri öz sahəsində ölkələrimizin şöhrətlənməsinə və ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib, bəziləri hələ də töhfə verməyə davam edirlər. Həqiqətən də onları həm Rusiyada, həm də Azərbaycanda tanıyır və sevirlər.

İstedadlı azərbaycanlıların yeni nəslinin yetişdiyini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib: “Onlar Rusiyada müvəffəqiyyətlə çalışmaqla bərabər, Azərbaycanı təbliğ edirlər. Fotolarda əks olunmuş bu insanlara baxdıqca, ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Aslan Aslanov bildirib ki, TASS-ın və AZƏRTAC-ın fotomüxbirlərinin böyük yaradıcı potensialını nümayiş etdirən ekspozisiya bir-birinə səmimiyyəti və qarşılıqlı dəstəyi ilə həmişə fərqlənən agentliklərimizin sıx əlaqələrinin təsdiqidir. Bu sərgi ölkələrimizin qarşılıqlı münasibətlərinin bir növ fotolarda əks olunmuş tarixidir və illər keçdikcə həmin fotoların dəyəri daha da artır. Əminəm ki, qarşıda birgə sərgilərimiz çox olacaq. Çünki ölkələrimizin əməkdaşlığı genişlənir və möhkəmlənir, biz isə öz informasiyalarımız və fotolarımızla bu dostluğun salnaməsini yaratmaq üçün əlimizdən gələni edəcəyik.

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov bildirib ki, sərginin adı ilk baxışda sadə görünsə də, əslində, çox dərin mənaya malikdir. Bizim ölkələrimizin, xalqlarımızın qarşılıqlı münasibətlərində, ümumiyyətlə, sevgi vacib sözdür. Sevgini Bakıya, bu torpağa qədəm qoyduğun andan duyursan. Əminəm ki, azərbaycanlılar da Moskvada bu hissi keçirirlər. Bu ekspozisiyada şəkillərin sayı çox olmasa da, əslində, xalqlarımızın bir-birinə xoş münasibətini əks etdirən fotoşəkilləri sərgiləmək üçün ən geniş salonlar da kifayət etməz. Onların sayı minlərlədir. Çünki biz Azərbaycanda yaşayan hər kəsi sevirik. Moskvaya gəlin. Biz əminik ki, Rusiya ilə Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək, inkişaf edəcək, genişlənəcək. Fotolar minlərlə sözdən daha çox şeyi deyir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar sərgi ilə tanış oldular.

Ekspozisiyada sərgilənən fotolar arasında Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan arasında sənədlərin imzalanması mərasimində, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Heydər Əliyev Fondunda. Fondun prezidenti Mehriban Əliyeva Vladimir Putinə xatirə hədiyyəsi təqdim edərkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Şelkunçik” baletindən sonra Mariinski Teatrının truppası ilə görüş zamanı, müğənni Tamara Sinyavskaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tretyakov qalereyasında keçirilən “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışında və digər fotolar ziyarətçilər tərəfindən maraqla izlənib.

X X X

Sərgi ilə tanışlıqdan sonra Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın yubileyinə həsr olunmuş ziyafət təşkil edilib.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətindən danışıb, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Yubilyar Mixail Qusman təşkilatçılara minnətdarlığını bildirib. TASS-ın baş direktorunun birinci müavini deyib: “Otuz ildən çoxdur ki, Moskvada yaşamağıma baxmayaraq, özümü bakılı hesab edirəm, ildə bir neçə dəfə bu gözəl şəhərə səfər edirəm. Çünki Bakı mənim uçun doğma şəhərdır”.

Tədbirdə bir sıra ölkələrin media nümayəndələri və mədəniyyət xadimləri çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Ziyafət bədii hissə ilə davam edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Məhkəmə Robert Koçaryanın Moskva səfərinə icazə verməyib

KIV: Moskva və Vaşinqton Viktoriya Nulandın Rusiyaya gəlişi ilə bağlı danışıqlar aparır

Bəşər Əsəd Moskvada Putinlə görüşüb

Köçaryan Moskvaya dəvət edilib

Rusiya və İsrail xarici işlər nazirləri Moskvada görüşüblər

Rəsmi Moskva Ukraynanın NATO ilə bağlı istəklərini potensial təhlükə hesab edir

Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Ermənistanın XİN rəhbəri Moskvaya işgüzar səfərə gedəcək

Azərbaycanın müdafiə nazirinin müavini Moskvada səfərdədir

Angela Merkelin Moskva səfərinin vaxtı açıqlanıb

Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

Şeyx Moskvanın qarşısında söz deyəndə sizin hələ aş-qara yeməyə də yaşınız çatmırdı

Kreml Azərbaycan Prezidentinin Moskvaya səfərinin hazırlandığı barədə məlumat yayıb

Paşinyan bu gün Moskvaya gedəcək

FTX Moskva və Həştərxan bölgəsində terror hücumlarının qarşısını alıb

Moskvada yay kafelərini QR kod olmadan ziyarət etmək mümkün olacaq

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

"Moskva-Siti"də 21 yaşlı qız qüllənin 86-cı mərtəbəsindən yıxılıb

İlham Əliyev və Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxına başsağlığı verib

25 Sentyabr 2021, 16:06 (GMT +4)
Binəqədidə 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçiriib (FOTO)

25 Sentyabr 2021, 15:56 (GMT +4)
Yunanıstan yaşıl iqtisadiyyata keçid üçün vəsait ayıracaq

25 Sentyabr 2021, 15:53 (GMT +4)
Rusiya hərbi təyyarələri İdlib və Hələbdə qruplaşmalara hava zərbələri endirib

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

25 Sentyabr 2021, 13:10 (GMT +4)
Gürcüstanda son sutkada 38 nəfər COVID-19-un yaratdığı fəsadlardan ölüb

25 Sentyabr 2021, 13:00 (GMT +4)
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

25 Sentyabr 2021, 12:50 (GMT +4)
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

25 Sentyabr 2021, 12:40 (GMT +4)
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

25 Sentyabr 2021, 12:30 (GMT +4)
Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

25 Sentyabr 2021, 12:29 (GMT +4)
Quterreş və Lavrov Rusiya ilə BMT arasında əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2021, 12:20 (GMT +4)
Sahibə Qafarova Qazaxıstana səfərə gedir

25 Sentyabr 2021, 12:20 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir

25 Sentyabr 2021, 12:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

25 Sentyabr 2021, 12:00 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66