Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 15:16 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Yanvarın 25-də Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmasından 19 il ötür.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikası milli maraqlarını qlobal səviyyədə müdafiə etməklə beynəlxalq təşkilatların işində fəallığı ilə seçilir və təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan beynəlxalq prinsiplər əsasında ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Belə nüfuzlu təşkilatlardan biri də Avropa Şurasıdır.

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev respublikada möhkəm təməllər üzərində ictimai-siyasi sabitliyin təmin olunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, sürətli iqtisadi inkişafın təmin olunması üçün bütün qüvvələri səfərbər etdi. Regionun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən zəruri məsələ kimi gündəmə gəlmiş, respublikamızın öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saymışdır.

“Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik”, – deyən Ulu Öndər bu sözləri işdə də təsdiq edirdi. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib.

Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb. Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. Həmin il iyunun 28-də AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 13-də Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak edib, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mövqeyini açıqlayıb.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalayıb.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Həmin il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı torpaqlarımızda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb.

2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və qurumun vitse-prezidenti seçilib.

Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla münasibətlərin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.

2004-cü il aprelin 28-29-da Prezident İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib.

2005-ci il mayın 16-17-də Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının III Zirvə toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış “Bakı prosesi”nin təşəbbüskarı olub və tarixdə ilk dəfə iki mühüm beynəlxalq təşkilatın – Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri paytaxt Bakıda bir araya gəliblər.

2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb.

Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Ölkəmiz Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) təmsil olunur.

Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb.

Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan qurumun insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN Rusiyanın Avropa Şurasına borcu olmadığını açıqlayıb

Azərbaycan Avropa Şurasının Lanzarote Konvensiyasına qoşulub

Avropa Şurasının yeni rəhbəri Şarl Mişel olub

Avropa Şurası Azərbaycan mediasında gender bərabərliyi ilə bağlı növbəti layihəyə başlayıb (FOTO)

Məryəm Qafar-zadə Avropa Şurasında rəhbər vəzifəyə seçilib

AMADA-nın direktoru Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib

Putin: Rusiya Avropa Şurası olmadan da keçinə bilər

QMKDK-da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib

Avropa Şurasının prezidenti Azərbaycana gəlib

Avropa Şurasına yeni baş katib təyin edilib

Dövlət Komitəsinin sədri Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavinini qəbul edib

Milli Məclisin deputatı Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib

Avropa Şurasının rəhbəri Aİ-nın növbədənkənar  sammitinin keçiriləcəyini elan edib

Avropa Şurasının səfiri Gəncəyə səfər edib

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd hazırlanıb

Avropa Şurası Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoruna sanksiya tətbiq edib

Rusiya XİN  Avropa Şurasını tərk etməyi istisna etmir

Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib (FOTO)

27 Fevral 2020, 18:33 (GMT +4)
İranın vitse-prezidenti koronavirusa yoluxub

27 Fevral 2020, 18:10 (GMT +4)
Bakıdakı elektrik enerjisi problemi aradan qaldırılıb (RƏSMİ)

27 Fevral 2020, 18:00 (GMT +4)
Azərbaycanda müəllimlərin işə qəbulu başlayır

27 Fevral 2020, 17:45 (GMT +4)
Yüz minlərlə suriyalının qatili Türkiyənin dostu ola bilməz - Ərdoğan

27 Fevral 2020, 17:38 (GMT +4)
Astara Rayon Mərkəzi xəstəxanasının baş həkimi işdən azad olunub

27 Fevral 2020, 17:30 (GMT +4)
İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

27 Fevral 2020, 17:25 (GMT +4)
Prezident Artur Rasi-zadəyə “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO)

27 Fevral 2020, 17:23 (GMT +4)
İranda tanınmış azərbaycanlı din alimi koronavirusdan vəfat edib (FOTO)

27 Fevral 2020, 17:22 (GMT +4)
“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir

27 Fevral 2020, 17:19 (GMT +4)
Yaponiyada koronavirus səbəbiylə bütün məktəblər bağlanır

27 Fevral 2020, 17:18 (GMT +4)
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

27 Fevral 2020, 17:10 (GMT +4)
"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

27 Fevral 2020, 16:56 (GMT +4)
Nazir Muxtar Babayev Kağızın Təkrar Emalı Fabrikində olub (FOTOLAR)

27 Fevral 2020, 16:55 (GMT +4)
AB və İngiltərə "Brexit" razılaşmasına nəzarət komitəsi qurub

27 Fevral 2020, 16:42 (GMT +4)
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur (YENİLƏNİB)

27 Fevral 2020, 16:27 (GMT +4)
ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

27 Fevral 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev 3 generalın istefaya göndərilməsi haqqında sərəncam imzalayıb

27 Fevral 2020, 16:18 (GMT +4)
Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək

27 Fevral 2020, 16:15 (GMT +4)
Tramp Viskonsin ştatında atışma nəticəsində ölənlərin sayını açıqlayıb

27 Fevral 2020, 16:02 (GMT +4)
İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

27 Fevral 2020, 15:55 (GMT +4)
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

27 Fevral 2020, 15:40 (GMT +4)
Qaradağ rayonunun Xəzər sahili ərazilərində monitorinq keçirilib

27 Fevral 2020, 15:22 (GMT +4)
Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlanıb

27 Fevral 2020, 15:12 (GMT +4)
Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiqlənib

27 Fevral 2020, 15:11 (GMT +4)
Gürcüstan koronavirus səbəbindən İrandan gələn vətəndaşların girişini məhdudlaşdırıb

27 Fevral 2020, 14:56 (GMT +4)
AzTU-nun tələbə-rektoru ilin idmançısı seçilib

27 Fevral 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb, yoluxanlar 245 nəfərdir

27 Fevral 2020, 14:47 (GMT +4)
Almaniyada koronavirusa yoluxmaların sayı artıb

27 Fevral 2020, 14:45 (GMT +4)
Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzalayıb (FOTO)

27 Fevral 2020, 14:20 (GMT +4)
Nazir: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66