Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş olub

24 Yanvar 2020, 15:34 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Yanvarın 23-də Təhsil nazirinin müavini Firudin Qurbanov M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüşüb.

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bidlirib. Ali təhsil sahəsində əməkdaşlıqdan danışan Firudin Qurbanov qeyd edib ki, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, eləcə də İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir ki, bu təhsil ocaqlarında mindən çox tələbə təhsil alır. Bildirilib ki, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində rus dilli mərkəzlər, həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Rus İqtisad məktəbi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı, Azərbaycan - Rusiya Ali Məktəbləri Assosiasiyası da mövcuddur.

Azərbaycanlı mütəffəkir və yazıçılarının bir sıra əsərlərinin rus dilinə tərcümə olunduğunu vurğulayan nazir müavini bildirib ki, eləcə də rus ədəbiyyatı nümunələri, rus mütəfəkkirlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunur. Ötən il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyinin ölkəmizdə qeyd edilməsi barədə qonaqları məlumatlandıran Firudin Qurbanov mütəfəkkirin əsərlərinin rus dilinə tərcümə olunduğunu qeyd edib. Bu işlərin yüksək səviyyədə görüldüyü də vurğulanıb.

Təhsil nazirinin müavini Rusiya və Azərbaycan arasında humanitar, mədəni əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir müavini müasir texnologiyalar dövründə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin prioritet olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsilin prioritetləri dəyişdikcə kitabxana işi təkmilləşməli və dəyişməlidir.

Görüşdə iştirak edən rusiyalı nümayəndələr də Azərbaycanda rus dilinə ayrılan diqqətdən məmnunluqlarını bildirərək kitabxana işinin təkmilləşdirilməsi sahəsində müsbət təcrübənin aparılması zəruriliyi və bu sahədə görülən işlər barədə məlumat veriblər. MDB məkanında bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

Rusiya və Çin BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə veto qoyub

Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

Çin İAEA-nın İran əleyhinə qətnaməsini şərh edib

Tehran İAEA-nın qətnaməsini rədd edir və müvafiq cavab tədbirləri görəcək

Senatda Trampı pisləyən qətnamə blok edilib

Eastnews.org saytının əməkdaşı beynəlxalq telemitinqdə ölkəmizi təmsil edib

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

A️BAD etno-butiklərinin fəaliyyəti bərpa edilib

Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

Kreml Türkiyədə "Sputnik" agentliyinin jurnalistləri ilə bağlı vəziyyəti şərh edib

2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək

Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

BMT qətnaməsinə baxmayaraq Xəlifə Haftar Liviyada döyüşü davam etdirəcəyini bildirib

ABŞ Senatı Trampın İrana qarşı səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib 

BMT Təhlükəsizlik Şurası Liviyada atəşkəsin bərpası haqda qətnamə qəbul edib

Pelosi ABŞ Konqresində Trampın nitqinin mətnini cırıb

Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq

BMT TŞ Suriyaya humanitar yardım göndərilməsinin müddətinin uzadılması ilə bağlı qətnamə qəbul edib

İranın ABŞ-ın BMT qətnaməsini pozmasına cavab verməyə haqqı çatır - Moskva

06 Avqust 2020, 18:00 (GMT +4)
Prezident: Koronavirusu bundan sonra da nəzarət altında saxlayacağıq

06 Avqust 2020, 17:41 (GMT +4)
DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib

06 Avqust 2020, 17:24 (GMT +4)
Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb (FOTO)

06 Avqust 2020, 17:23 (GMT +4)
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 435 nəfər sağalıb

06 Avqust 2020, 17:15 (GMT +4)
Prezident İlham Əliyev avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib

06 Avqust 2020, 17:08 (GMT +4)
DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

06 Avqust 2020, 17:00 (GMT +4)
AzTU-nun rektoru "İDRAK Texnoloji Transfer"in rəhbərliyi ilə görüşüb

06 Avqust 2020, 16:35 (GMT +4)
Daşkəsəndə dəmir filizi yatağı istismara veriləcək

06 Avqust 2020, 16:17 (GMT +4)
Fransa prezidenti Emanuel Makron Beyruta gedib

06 Avqust 2020, 16:03 (GMT +4)
Paytaxtda yeni məktəb binaları inşa olunur

06 Avqust 2020, 15:37 (GMT +4)
Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

06 Avqust 2020, 15:23 (GMT +4)
Dünya miqyasında koronavirusa yoluxanların sayı 19 milyonu ötüb

06 Avqust 2020, 15:20 (GMT +4)
Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

06 Avqust 2020, 14:54 (GMT +4)
DİN: "İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub

06 Avqust 2020, 14:26 (GMT +4)
Azərbaycan Ordusunda keçirilən andiçmə mərasimində valideynlərin iştirakı qadağan edilib

06 Avqust 2020, 14:23 (GMT +4)
İranda koronavirusa yoluxan 320 min nəfərdən 277 mini sağalıb

06 Avqust 2020, 14:04 (GMT +4)
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

06 Avqust 2020, 13:39 (GMT +4)
Türkiyə xarici işlər naziri qarşıdurmaların yaşandığı Liviyaya gedib

06 Avqust 2020, 13:25 (GMT +4)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

06 Avqust 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

06 Avqust 2020, 12:51 (GMT +4)
İcra hakimiyyəti Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirib

06 Avqust 2020, 12:39 (GMT +4)
2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edilib

06 Avqust 2020, 12:38 (GMT +4)
Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb

06 Avqust 2020, 12:22 (GMT +4)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

06 Avqust 2020, 12:15 (GMT +4)
Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

06 Avqust 2020, 11:50 (GMT +4)
Abşeron rayonunda 23 küçə və yol təmir edilir 

06 Avqust 2020, 11:39 (GMT +4)
Cavad Zərif «Google translate»nin İran-Livan xalqlarının əlaqələrilə bağlı «təxribatı»ndan yazıb (VİDEO)

06 Avqust 2020, 11:35 (GMT +4)
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib

06 Avqust 2020, 11:20 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

06 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66