Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azercell”in 4G şəbəkəsi ölkənin ən yüksəkkeyfiyyətli şəbəkəsi olaraq tanınıb

24 Yanvar 2020, 14:00 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. 2019-cu il “Azercell Telekom” üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də müştəri təcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zəngin olub. Belə ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər “Azercell” ölkəboyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366 faiz artıraraq əhali əhatəsində 120 faiz yüksəlişə nail olub.

Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-sini 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, “Azercell” şirkətinin ümumi stansiya sayı 2956-ya çatıb. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin istifadə həcminin də artmasına şərait yaradıb: “Azercell” şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304 faiz artıb. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi “Azercell”in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.

Yerli bazarda lider mövqeyini qoruyan “Azercell”, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator olub.

Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə edib və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi super sürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək. Bundan əlavə, IoT texnologiyalarının (əşyaların interneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcək.

Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, “Azercell” 2020-ci ildə də ölkə sakinlərini yüksəkkeyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.

Daha ətraflı məlumat üçün “news@mcs.az” ünvanına müraciət edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

Azercell transformasiya ilininin nəticələrini açıqlayıb

Azercell ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

Azercell metro tunellərində 4G şəbəkəsini tam quracaq

Azercell Bakıda 5G ilə əhatə ediləcək yerləri açıqlayıb

"Azercell" fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb

Azercell ötən il 6 milyona yaxın abunəçiyə xidmət göstərib

Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell “Biznesim W-Fi” təklifini təqdim edib

“Azercell”in rəhbərliyi olimpiada qalibləri ilə görüşüb

Azercell dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir

Azercell-in “Mobil Göz Klinikası”-nda 900-dən çoxadam müayinə edilib

28 tələbə “Azercell” təqaüdçüsü” adına layiq görülüb

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

"Azercell"in “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə ötən il ərzində 5061 müraciət daxil olub

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66