Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın və Çilinin Xarici İşlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

24 Yanvar 2020, 09:56 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Çilinin Xarici İşlər naziri Teodoro Ribera Neumann iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SalamNews-a verilən məlumata görə, Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Çili arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Teodoro Ribera Neumannı təbrik edib. O bildirib ki, iki dövlət arasında dostluq və qarşılıqlı anlaşma ruhunda genişlənən əməkdaşlıq ikitərəfli və çoxtərəfli dialoqun inkişaf etdirilməsinə imkan verib. Nazir hər iki ölkədə səfirliklərin açılmasının və ötən il Çiliyə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyini ifadə edib.

Elmar Məmmədyarov Çilinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Xarici İşlər naziri ötən illər ərzində qurulan əməkdaşlığın hazırkı səviyyəsinin və gələcək tərəfdaşlıq üçün mövcud potensialın iki ölkə arasında əməkdaşlığın ortaq maraqlar naminə daha da genişləndirilməsi üçün böyük imkanlar açdığını qeyd edib. O, iki ölkə arasında ortaq maraq və dəyərlərə əsaslanan çoxşaxəli əməkdaşlığın inkişafı, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, eləcə də Sakit Okean Alyansına müşahidəçi kimi üzvlüyü çərçivəsində əlaqələrin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Öz növbəsində, nazir Teodoro Ribera Neumann Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir hər iki ölkədə səfirliklərin açılmasının əhəmiyyətini qeyd edib və Elmar Məmmədyarovun 2019-cu ildə Çiliyə rəsmi səfərini vurğulayaraq səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Çili Xarici İşlər naziri Azərbaycanın Sakit Okean Alyansına müşahidəçi ölkə kimi üzv olmasını Çili və Azərbaycan arasında əməkdaşlığın inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində ölkəmizə uğurlar arzu edib.

Nazir Çili və Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün aparılan birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

AB XİN rəhbərləri Liviyadakı vəziyyəti müzakirə edəcəklər

Naxçıvanda əhalinin sayı 460 minə yaxınlaşıb

XİN Rusiyanın Avropa Şurasına borcu olmadığını açıqlayıb

XİN sözçüsü: Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir

Süleymaninin qətli: ABŞ və İngiltərə Yaxın Şərqdə necə fəaliyyət göstərir

Azərbaycan XİN İranı təbrik edib

Rusiya XİN Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsinin mümkünlüyünə münasibət bildirib

Ukrayna XİN Moskvaya səfir göndərilməsi ehtimalına münasibət bildirib

Yaponiya XİN Abe və Putinin görüşmək ehtimalını şərh edib 

Türkiyə XİN seçkilərin uğurla başa vurulması münasibətilə Azərbaycanı təbrik edib

Trampın «Yaxın Şərq sülh planı» əsla qəbul edilə biməz - Malayziya baş naziri

Rusiya XİN İdliblə bağlı Türkiyə ilə məsləhətləşmələr aparılacağını təsdiqləyib

Türkiyə XİN rəhbəri: Rusiya ilə birlikdə işləməliyik

Rusiya XİN İblibdə hərbi ekspertlərinin öldüyünü açıqlayıb

Bakıda Türk Şurası XİN başçılarının iclası başlayıb

KİV: ABŞ "Şimal Axını-2"yə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Qazaxın 14 yaşayış məntəqəsində subartezian quyuları qazılacaq

Türkiyə XİN: Rusiyanın İdlibdə əhəmiyyətli missiyası var

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66