Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:12 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. “Libraff” Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin iki gözləmə zalında kitabxana tipli məntəqələr yaradılıb.

SalamNews xəbər verir ki, bu məntəqələrin ərsəyə gətirilməsində məqsəd insanların kitaba, mütaliəyə olan marağını artırmaq, bu istiqamətdə təşviqat və təbliğatı gücləndirmək, həmçinin sərnişinlərin öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirmələrini təşkil etməkdir. Bu məntəqələrdə latın və kiril qrafikası əsasında Azərbaycan və dünya ədəbiyyatından olan müxtəlif məzmunlu kitablar toplanılıb.Hər yaşda olan sənişinlər sırf onları maraqlandıran məzmunlarda əsərləri rahatlıqla oxumaq imkanı qazanacaqlar. Oxu zallarında balacalar üçün də səmərəli şərait yaradılıb və rəflərdə onların yaş həddinə uyğun kitablar yer alıb.

Olduqca mühüm və maraqlı sosial layihənin açılışı yanvarın 23-də saat 12:00-da Bakı Beynəlxalq Avtovaqzal Kompleksində baş tutub. Layihənin əsas təşkilatçılarından olan “LİBRAFF” Mağazalar Şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu jurnalistlərə verdiyi açıqlamada il ərzində bu tipli sosial layihələrin davamlı xarakter alacağını bildirdi:

İlk növbədə belə bir layihənin reallaşmasına öz dəstəklərini nümayiş etdirdikləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanırıq ki, bu layihə tez bir zamanda özünü doğruldacaq, insanlarımız belə bir ideya ilə çıxış etdiyimiz üçün razılıq edəcəklər. Cəmiyyətimizdə kitaba getdikcə artan maraq artan marağı nəzərə alaraq, biz də bu sosial layihə ilə hər bir insanın fərdi inkişafının, dünyagörüşünün, mütaliəyə olan həvəsininin daha da yüksəlməsində ikiqat yardımçı olacağıq. Bu, 2020-ci il üçün bu məzmunda olan ilk tədbirimizdir. İl ərzində bu istiqamətdə olan layihələr davamlı şəkildə təşkil olunacaq. Bu yolda hər zaman şüarımız budur: “Kitab oxumaqdan yorulmayaq və hər zaman da kitab oxuyanın yanında olaq”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinnin Mətbuat Xidmətinin rəhbəri Pərvin Məmmədova bu layihəyə münasibətini bildirərək, qeyd etdi ki, belə bir təşəbbüs vətəndaşlarımızın gözləmə zallarında vaxtlarını səmərəli keçirmələri üçün olduqca önəmlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“LIBRAFF” mətbuat nümayəndələri üçün media-tur təşkil edib

"Libraff" “Kitabgəzər” layihəsinə qoşulur

“LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub (FOTO)

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:58 (GMT +4)
Azərbaycanda daha bir özəlləşdirmə hərracı keçirilib

02 Dekabr 2020, 17:51 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

02 Dekabr 2020, 17:44 (GMT +4)
AIIB-in Azərbaycan üzrə alternativ direktoru dəyişib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66