Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub

22 Yanvar 2020, 17:10 (GMT +4)

Bakı, 22 yanvar, SalamNews. Yanvarın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyevanı qəbul edib.

Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi, qaçqınlıq və məcburi köçkünlük problemi ilə əlaqədar ölkəmizin üzləşdiyi çətinliklər, bunların aradan qaldırlması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, həmçinin beynəlxalq təşkilatların dəstəyi barədə qonaqlara ətraflı məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır. Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır.

Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmiryol vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir. Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu  baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb. Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Olga Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib.

Bildirib ki, Qlobal Fond, vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədi üçün 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır,  yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib. Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir.

Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon ABŞ dollarından artıq vəsait ayrılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olubGörüşlər22 Yanvar, 2020
Yanvarın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyevanı qəbul edib. 
 
Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi, qaçqınlıq və məcburi köçkünlük problemi ilə əlaqədar ölkəmizin üzləşdiyi çətinliklər, bunların aradan qaldırlması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, həmçinin beynəlxalq təşkilatların dəstəyi barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.
 
Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır. Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmiryol vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir.
 
Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu  baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb.
 
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Olga Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, Qlobal Fond, vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədi üçün 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır,  yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib.
 
Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir. Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

Hicran Hüseynova Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb

Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub

Dövlət Komitəsində Nəsimiyə həsr olunmuş kitabın təqdimatı olub

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar

Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

Dövlət Komitəsi Azərbaycanda məişət zorakılıqları ilə bağlı açıqlama yayıb

Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66