Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

23 Yanvar 2020, 12:42 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. 2019-cu il ərzində Energetika Nazirliyində inzibati xətalara dair 686 işə baxılıb. Bunlardan 626-sı təbii qaz, 60-ı isə elektrik enerjisi ilə bağlı olub.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, baxılmış işlərdən 322-si üzrə inzibati tənbeh vermə haqqında, 229-u üzrə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib. Təbii qazla bağlı 135 iş barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Quba, Ağsu, Salyan, Lənkəran, Beyləqan, Kürdəmir, Şəmkir, Gədəbəy, Neftçala, Cəlilabad, Şamaxı, Balakən, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə, təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə 263 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. 228 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar verilib.

İl ərzində Bakı, Sumqayıt, İmişli, Ağcabədi, Goranboy, İsmayıllı, Qobustan, Cəlilabad, Şamaxı, Qəbələ, Qax, Mingəçevir, Ucar, Ağdaş, Qazax və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə və elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 59 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib, 1 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar verilib.

Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib

Energetika Nazirliyində qəbul keçirilib

AzTU tələbələri Moskva Energetika İnstitutunun beynəlxalq təcrübə proqramında iştirak edəcəklər

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

Energetika naziri “Türk axını” boru kəməri ilə bağlı mərasimdə iştirak edəcək

Energetika naziri vətəndaşları qəbul edəcək

ABŞ-ın energetika naziri istefa verib

Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb

Energetika naziri ABŞ-a gedir

Azərbaycanın Energetika naziri Qazaxıstana səfər edəcək

Energetika naziri isveçrəli iş adamlarını qəbul edib

Energetika naziri: Azərbaycan 200 milyon kubmetr qaza qənaət edə bilər

Doqquz ayda Energetika Nazirliyinə 2 707 müraciət daxil olub

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri və müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşəcək

İlin 9 ayında Energetika Nazirliyi tərəfindən 160 icazə verilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub

Energetika naziri Pərviz Şahbazov Rusiyaya gedib

Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66