Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə müraciət edib

23 Yanvar 2020, 13:11 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə müraciət edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SalamNews-a bildirilib ki, müraciətdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışının ildə bir dəfə həyata keçirildiyi deyilir.

Qeyd edilir ki, dövlət texniki baxışının məqsədi nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək; nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaqdır.

Həmçinin dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin edilməlidir.

Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.

Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər;

4) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi.

Qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aqrar Xidmətlər Agentliyi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub

Nazirlik: Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb

29 Fevral 2020, 10:37 (GMT +4)
Azərbaycanın xalq artisti vəfat edib

29 Fevral 2020, 10:28 (GMT +4)
Azərbaycan KOB sahəsində Türkiyə təcrübəsini öyrənəcək

29 Fevral 2020, 10:20 (GMT +4)
Ərdoğan və Tramp İdlibdəki vəziyyəti müzakirə edib

29 Fevral 2020, 10:20 (GMT +4)
İran ABŞ dövlət katibinin koronavirusa görə «yardım təklifi»nə münasibət bildirib

29 Fevral 2020, 10:13 (GMT +4)
Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

29 Fevral 2020, 10:00 (GMT +4)
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilib

28 Fevral 2020, 19:15 (GMT +4)
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva: Ajiotaj yaratmayın

28 Fevral 2020, 18:17 (GMT +4)
“İrandan gələnləri saxlamasaq, təhlükə mənbəyi olacaqlar” - Yaqut Qarayeva

28 Fevral 2020, 18:12 (GMT +4)
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

28 Fevral 2020, 18:05 (GMT +4)
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28 Fevral 2020, 17:54 (GMT +4)
Bakıda mənzildən qadın meyiti aşkarlanıb

28 Fevral 2020, 17:43 (GMT +4)
İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

28 Fevral 2020, 17:40 (GMT +4)
General Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib

28 Fevral 2020, 17:32 (GMT +4)
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:31 (GMT +4)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

28 Fevral 2020, 17:20 (GMT +4)
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

28 Fevral 2020, 17:14 (GMT +4)
Putin və Ərdoğan görüşmək barədə razılıq əldə edib

28 Fevral 2020, 17:03 (GMT +4)
Suriya Ordusu İdlibin cənubunda 5 kəndi radikal qruplaşmalardan azad edib

28 Fevral 2020, 17:00 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

28 Fevral 2020, 16:45 (GMT +4)
Lavrov İdlibdə öldürülən hərbçilərə görə Türkiyəyə başsağlığı verib

28 Fevral 2020, 16:40 (GMT +4)
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28 Fevral 2020, 16:27 (GMT +4)
Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

28 Fevral 2020, 16:21 (GMT +4)
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

28 Fevral 2020, 16:18 (GMT +4)
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

28 Fevral 2020, 16:18 (GMT +4)
İran İdliblə bağlı tərəfləri təmkinli olmağa çağırıb

28 Fevral 2020, 16:16 (GMT +4)
“Sağlam təhsil” məktəbəhazırlıq qrupları (VİDEO)

28 Fevral 2020, 16:15 (GMT +4)
Kreml Putin və Ərdoğan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

28 Fevral 2020, 15:52 (GMT +4)
Nicat Hacızadə: Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac olub

28 Fevral 2020, 15:48 (GMT +4)
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

28 Fevral 2020, 15:40 (GMT +4)
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66