«Ən-Nusra» Hələbin qərb rayonlarına raket və mərmi atıb, ölənlər var21 Yanvar 2020, 17:46 (GMT +4) Bakı, 21 Yanvar, SalamNews, B.Samid. Hələb əyalətinin qərbində olan radikal qruplaşmalar şəhərin yaxın kvartallarını raket və mərmlərdən hədəfə alıblar.
SalamNews SANA-a istinadla xəbər verir ki, Hələbin əl-Cədidə və əz-Zəhra rayonlarına çoxlu sayda raket və mərmi atılıb.
Səhiyyə mənbələri ikisi qadın və biri uşaq olmaqla 3 nəfər öldüyünü və daha 3 nəfərin yaralandığını deyiblər.
Qeyd edək ki, son iki həftədə Hələbin qərbində eləcə də İdlib əyalətinin cəbhələrində vəziyyət gərginləşib. Türkiyə və Rusiyanın vasitəçiliyilə bölgədə əldə edilmiş atəşkəs anlaşması tez-tez pozulur. Suriya ordusu mənbələri bölgəyə əlavə hərbi qüvvələrin səfərbər edildiyini bildirirlər.
|