Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

21 Yanvar 2020, 18:00 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews.Bu gün Qətərin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Feysəl Abdulla Əl-Hanzab Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov onu Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Rəhbərlik etdiyi qurumun iş prinsiplərindən söz açan Şura sədri bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin birinci qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurasının missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda həyata keçirilən başlıca fəaliyyət cəmiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı şikayətlərinin araşdırılmasıdır. Dünyanın əksər ölkələrində Mətbuat Şurası institutunun mövcudluğunu xatırladan Ə.Amaşov vurğulayıb ki, kütləvi informasiya vasitələrinin, ümumən jurnalist birliklərinin belə təşkilatlanması həm onlarla bağlı ziddiyyətli məqamların aradan qaldırılmasına, həm medianın cəmiyyətlə problemlərinin effektiv şəkildə həll olunmasına, həm də jurnalistikanın üzləşdiyi çətinliklərin aradan qaldırılmasına dəstək baxımından institsional əhəmiyyət daşımaqdadır.

Ə.Amaşov həmçinin qonağa rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarından da söz açıb. O bildirib ki, Azərbaycan Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Avropa Mətbuat Şuraları Alyansının fəal üzvüdür, habelə dünyanın tanınmış media təşkilatları, habelə nüfuzlu beynəlxalq təşkilatların media sahəsindəki strukturları, müxtəlif səfirliklərin Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində söz və ifadə azadlığı ilə bağlı tendensiyaları diqqətdə saxlamaqda, jurnalistlərin peşəkarlıqlarının artırılmasına yönələn tədbirlər reallaşdırmaqdadır.

Səfir Feysəl Abdulla Əl-Hanzab ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanın bütün sahələrdəki zəngin potensialı barədə ətraflı məlumata malikdir. O, eyni zamanda Azərbaycanla Qətər arasındakı müxtəlif istiqamətlərdəki əməkdaşlıq münasibətlərindən söz açıb, diqqəti konkret statistik göstəricilərə çəkərək, qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyi üçün etibarlı mühitin və real bazanın mövcudluğunu vurğulayıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin də iştirak etdiyi görüşdə Azərbaycanla Qətər dövləti arasındakı münasibətlərinin media müstəvisini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Qətərin qabaqcıl media təcrübəsinin öyrənilməsinin vacibliyi dilə gətirilib. Mövcud xüsusda qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi və digər məqamlar üzərində dayanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ramil Şeydayevdə ruh düşkünlüyü və inamsızlıq var - "Sabah"ın müvəqqəti baş məşqçisi

Amsterdamdakı etiraz aksiyasında 100-dən çox insan saxlanılıb

"Ağdamsız 27 il" anım tədbiri keçirilib

"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

İdlibdə mülki şəxslərin qruplaşmaların bölgəsindən çıxamsı üçün 3 koridor nəzərdə tutulub

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

AMŞ sədri Fuad Abbasovun həbsinə münasibət bildirib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib

Tillerson Trampı "intizamsız" və "oxumağı sevməyən" insan adlandırıb

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

Husilər Səudiyyənin ABŞ istehsallı bir Abrams tankını vurublar (FOTO)

“Samsung” şirkəti 6 kameralı smartfonunu təqdim edəcək

AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

Türkiyənin Səfirliyinin mətbuat müşaviri AMŞ-də olub

“Samsung” yeni 5G modem təqdim edib

“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib (FOTO,VİDEO)

AMŞ yazı müsabiqəsi elan edib

09 May 2021, 04:29 (GMT +4)
İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

09 May 2021, 04:09 (GMT +4)
Ramazanın 26-cı gününün duası, iftar və imsak vaxtı

09 May 2021, 01:20 (GMT +4)
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Olimpiadaya lisenziya qazanıb

09 May 2021, 01:01 (GMT +4)
İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazanıb

09 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

09 May 2021, 00:30 (GMT +4)
“Bavariya” ardıcıl 9-cu dəfə ölkə çempionu olub

09 May 2021, 00:05 (GMT +4)
Kişi voleybolçulardan ibarət millimiz Avro-2021-də ilk qələbəsini qazanıb

08 May 2021, 22:49 (GMT +4)
Güləşçimiz Rəsul Çunayev lisenziyasız qalıb

08 May 2021, 22:37 (GMT +4)
Azərbaycan Premyer Liqası: “Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzub

08 May 2021, 21:24 (GMT +4)
PSJ Neymarla müqaviləni yeniləyib

08 May 2021, 19:41 (GMT +4)
Olimpiya çempionumuz lisenziya qazana bilməyib

08 May 2021, 18:10 (GMT +4)
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqlayıb

08 May 2021, 17:00 (GMT +4)
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

08 May 2021, 16:54 (GMT +4)
İran Mərakeşin separatçıları dəstəkləməklə bağlı iddialarına münasibət bildirib

08 May 2021, 16:52 (GMT +4)
AFFA-nın icraçı vitse-prezidenti Britaniya səfiri ilə görüşüb

08 May 2021, 16:50 (GMT +4)
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)

08 May 2021, 16:48 (GMT +4)
Mexikoda metro körpüsünün uçması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

08 May 2021, 16:45 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 19 nəfərdir

08 May 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 720 nəfər koronavirusdan sağalıb, 649 nəfər yoluxub

08 May 2021, 16:34 (GMT +4)
"Sabah" - "Qarabağ" matçı FİFA referisinə tapşırılıb

08 May 2021, 16:30 (GMT +4)
DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib

08 May 2021, 16:27 (GMT +4)
Almaniyada son sutkada 15 mindən çox COVID-19-a yoluxma aşkar edilib

08 May 2021, 16:23 (GMT +4)
"Qarabağ" Portuqaliyada oynayan futbolçu ilə maraqlanır

08 May 2021, 16:20 (GMT +4)
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələnib

08 May 2021, 16:15 (GMT +4)
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlanıb

08 May 2021, 16:10 (GMT +4)
Rusiyada son sutkada 8 329 koronavirusa yoluxma aşkar edilib

08 May 2021, 16:00 (GMT +4)
Mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində iş olmayacaq

08 May 2021, 15:46 (GMT +4)
Putin xarici ölkə liderlərini və vətəndaşlarını Qələbə Günü münasibətilə təbrik edib

08 May 2021, 15:45 (GMT +4)
Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

08 May 2021, 15:37 (GMT +4)
Son sutkada Əfqanıstanda 250 Talibançı zərərsizləşdirilib – Müdafiə Nazirliyi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66