Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM yeni model əsasında sınaq imtahanı keçirəcək

21 Yanvar 2020, 11:32 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews. Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən SalamNews-a verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.

Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gün saat 11:00-dan yanvarın 27-si saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilmişdir).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİM kolleclərə tələbə qəbulu elan edib

Bakının Baş Planın yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

DİM buraxılış imtahanının nəticələrini elan edib

"Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub (FOTO)

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

Azərbaycan Antiqua və Barbudaya yardım edib

Əzizxan Tanrıverdinin «Dədəm Qorqudun sözü» kitabının təqdimatı olub (FOTOLAR)

Azərbaycanın göndərdiyi yardım Çinin koronavirus yayılan şəhərinə çatıb

ABŞ Nümayəndələr Palatası Trampın Süleymanini terror etməsini əsassız addım adlandırıb

DİM dövlət qulluğuna qəbul üçün imtahan keçirəcək

DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək

Azercell “Biznesim W-Fi” təklifini təqdim edib

BMT İsrailin işğal etdiyi ərazilərdə apardığı tikinti işlərinə qarşı addım atıb

DİM: 3 178 şagird buraxılış imtahanı verəcək

Azərbaycan növbəti dəfə Çinə yardım edib

Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib 

Vladimir Putin İlham Əliyevi təbrik edib

Ərdoğan İdlibdəki zərbələrə cavab olaraq yeni addımların atılacağını açıqlayıb

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət olub

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66