Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xəzərdə suyun səviyyəsi niyə azalır? (MÜSAHİBƏ)

21 Yanvar 2020, 09:42 (GMT +4)

Bakı, 21 yanvar, SalamNews. Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bir neçə sualı cavablandırıb.

SalamNews şöbə müdiri ilə müsahibəni təqdim edir:

- Xəzərdə suyun səviyyəsinin azalmasına səbəb nədir?

- Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır.

- Son illərdə Xəzərin səviyyə dinamikası necə dəyişib?

- Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

- Xəzərdə suyun səviyyəsinin artacağı proqnozlaşdırılır?

- Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq.

- Dənizdə suyun səviyyəsinin aşağı düşməsi təhlükəlidir?

- Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

Xəzər sahili ərazilərdə növbəti monitorinq keçirilib

Hərbi Dəniz Qüvvələrinin Xəzərdə keçirdiyi təlim başa çatıb (FOTOLAR)

Nazirlik növbəti monitorinqi Xəzərin Abşeron sahilində keçirib

Xəzərin dibi ilə Azərbaycan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Lənkəran, Astara və Masallı rayonlarının Xəzər sahili ərazilərində monitorinq keçirilib

Xəzər Dəniz Gəmiçiliyinin departament rəisi vəfat edib

Qaradağ rayonunun Xəzər sahili ərazilərində monitorinq keçirilib

Xəzərdə zəlzələ olub

Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib

Xəzər dənizində zəlzələ olub

MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

Xəzərin sahili sintetik torlardan təmizlənib

Xəzərdə uzunluğu 51 km olan 27 küçə və yol asfaltlanıb

Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin yeni modeli hazırlanır

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları rekord dərəcədə artıb

Transxəzər fiber-optik kabel xətləri Avropa-Asiya arasında Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Xəzər dənizində zəlzələ olub

Xəzərin çirklənməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb

02 İyun 2020, 11:30 (GMT +4)
Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

02 İyun 2020, 11:29 (GMT +4)
“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

02 İyun 2020, 11:18 (GMT +4)
ABŞ-da hava bazasında atışma baş verib, iki hərbçi ölüb 

02 İyun 2020, 11:16 (GMT +4)
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb

02 İyun 2020, 11:00 (GMT +4)
Azərbaycan XİN İtaliyanı təbrik edib

02 İyun 2020, 10:59 (GMT +4)
ABŞ-ın sərbəst buraxdığı iranlı alim ölkəsinə dönüb

02 İyun 2020, 10:54 (GMT +4)
Tramp: ABŞ-dakı iğtişaşlar terror aktı kimi qəbul edilməlidir

02 İyun 2020, 10:45 (GMT +4)
AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

02 İyun 2020, 10:30 (GMT +4)
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

02 İyun 2020, 10:22 (GMT +4)
İraqda üç mindən çox İŞİD üzvü edamını gözləyir

02 İyun 2020, 10:20 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı ilə bağlı son məlumatlar açıqlanıb

02 İyun 2020, 10:15 (GMT +4)
Nazirlik: 9 işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət edilib

02 İyun 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

02 İyun 2020, 09:55 (GMT +4)
Keçmiş dünya çempionu Corc Floydun cənazə mərasinin xərclərini ödəyəcək

02 İyun 2020, 09:45 (GMT +4)
İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

02 İyun 2020, 09:36 (GMT +4)
Corc Floydun ekspertizasının nəticəsi məlum olub

02 İyun 2020, 09:30 (GMT +4)
Prezident İlham Əliyev: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

02 İyun 2020, 09:22 (GMT +4)
Nyu-Yorkda da komendant saatı elan edilib, Tramp ordunu yeritməklə bağlı xəbərdarlıq edib (VİDEO)

02 İyun 2020, 09:20 (GMT +4)
Nyu-Yorkda aksiya iştirakçıları dükanları qarət edir

02 İyun 2020, 09:16 (GMT +4)
Şəmkirdə top mərmisi aşkarlanıb

02 İyun 2020, 09:02 (GMT +4)
Venesuela prezidenti tezliklə İrana səfər edəcəyini bildirib

02 İyun 2020, 09:01 (GMT +4)
Azexport portalına sifarişlər 20%-dən çox artıb

01 İyun 2020, 18:40 (GMT +4)
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

01 İyun 2020, 18:10 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib

01 İyun 2020, 18:00 (GMT +4)
Nazirlik: Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır

01 İyun 2020, 17:45 (GMT +4)
Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

01 İyun 2020, 17:37 (GMT +4)
Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

01 İyun 2020, 17:30 (GMT +4)
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

01 İyun 2020, 17:18 (GMT +4)
ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

01 İyun 2020, 17:14 (GMT +4)
Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66