Ağ Ev Donald Trampın Davos görüşləri barədə məlumat yayıb21 Yanvar 2020, 12:51 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda İraq Prezidenti Barham Saleh, Pakistanın Baş naziri İmran Xan və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşəcək.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Amerika lideri həmçinin İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə də görüşəcək. Danışıqların mövzuları və təfərrüatları açıqlanmır.
Keçən il Tramp, ABŞ-dakı büdcə böhranı səbəbiylə Davosa səfərini ləğv etmək məcburiyyətində qalmışdı.
|