Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:34 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews. Finlandiyanın paytaxtı Helsinki şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “30 ilin göz yaşı” adlı tədbir keçirilib.

SalamNews xəbər verir ki, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə reallaşan anım tədbirində Azərbaycanın İsveçdəki və eyni zamanda Finlandiyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiya Xarici İşlər nazirliyinin əməkdaşları, yerli ictimaiyyət, türk və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilatçısı Skandinaviya Azərnaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edərək, tarixi faktlar əsasında 20 Yanvar faciəsi haqda məlumat verib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq müstəqil dövlət yaratmaq və öz azadlığını əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliyyam törədib. Ülviyyə Cabbarova bildirib ki, həmin günlər keçmiş sovet ittifaqının qoşun hissələri, fövqəladə vəziyyət elan edilmədən Azərbaycan ərazisinə yeridilib və dinc əhaliyə qarşı kütləvi qətllər və misli olmayan qəddarlıqla müşayiət olunan xüsusi hərbi əməliyyat həyata keçirib. Baş verən cinayətin miqyasından söz açan diaspor fəalı deyib, nəticədə Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin, əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş qəddar və qanlı siyasi-hərbi akt olduğunu bildirən Ülviyyə Cabbarova, baş verənlərin nəticəsində insan hüquqlarına dair bir çox beynəlxalq qanun və razılaşmaların, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərinin kobudcasına pozduğunu qeyd edib. Vurğulayıb ki, məhz bunları nəzərə alaraq dünya ictimaiyyəti baş verənlərə bağlı öz rəyini bildirməli, qanlı cinayəti qəti şəkildə pisləməlidir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İsveçdə və eyni zamanda Finlandiyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə 20 Yanvar faciəsinin ölkəmizin tarixində ağrılı bir hadisə olduğunu diqqətə çatdırıb. Qanlı yanvar hadisələrinin Azərbaycan xalqının milli mücadilə tarixindəki mühüm rolundan söz açan müvəqqəti işlər vəkili, o vaxt baş verənlərin xalqımızın müstəqillik və ədalət istəyini dayandırmaq istəyən Sovet hökumətinin qəddar planının tərkib hissəsi olduğunu qeyd edib. Həmin gün ilə bağlı şəxsi xatirələrini bölüşən Günəş Rüstəmzadə bildirib ki, 1990-ci ilin 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib.

Bildirib ki, o günlər əliyalın insanlara qarşı törədilmiş cinayətlərin ört-basdır etmək məqsədilə SSRİ bütün vasitələrdən istifadə edib. Bu günlərdə Azərbaycanın informasiya blokadasına alındığı bir zamanda, Moskvada yaşayan ulu öndər Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq xalqın səsini dünyaya çatdırdığını, Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdiyini bildirən Günəş Rüstəmzadə, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi və faciənin günahkarlarının müəyyən edilərək ictimaiyyətə açıqlanmasının da məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.

Azərbaycan xalqının milli mübarizəmizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrinin heç zaman unudulmayacağını söyləyən müvəqqəti işlər vəkili, bu gün də dövlətimizi və vətənimizi qorumaq üçün Ali Baş Komandan Prezident İlham Əliyevin bir çağırışı ilə silaha sarılmağa, bu müqəddəs amal uğrunda can verməyə hazır olduğunu qeyd edib.

Daha sonra anım mərasimində 20 yanvar faciəsini özündə əks etdirən qısa film nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ-ın daha bir ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyannamə qəbul edib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Sofiyada da anılıb

ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini anıb

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib (FOTOLAR)

Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

AzTU-da 20 Yanvar faciəsi anılıb

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66