Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 15:17 (GMT +4)

Bakı, 18 yanvar, SalamNews. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbər və digər məsul şəxslərinin iştirakı ilə infotur keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva Agentliyin və İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, AQTİ-nin fəaliyyət istiqamətləri ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu məqsədlə Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərir.

Daha sonra AQTİ-nin nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı iştirakçılara laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası, yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, risk əsaslı qida təhlükəsizliyi sisteminin əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib.

Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.

AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi də infotur iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra infotur iştirakçıları AQTİ laboratoriyalarına baxış keçirib, buradakı iş prinsipi ilə tanış olublar.

İştirakçılar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTİ əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüblər

AQTİ və “ABAD” birgə layihəyə start verib

AQTİ vakant yerlərə işçi qəbulu elan edir

AQTİ laboratoriyalarının maddi-texniki bazası gücləndirilir

AQTİ-də “Açıq qapı” günü keçirilib

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib

AQTİ işə qəbul üçün vakansiya elan edir

AQTİ işə qəbul üçün vakansiya elan edir

AQTİ “Təhlükəsiz qida” adlı müsabiqə elan edib

AQTA və AQTİ nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

AQTİ-nin əməkdaşlarına təlim keçirilib

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:58 (GMT +4)
Azərbaycanda daha bir özəlləşdirmə hərracı keçirilib

02 Dekabr 2020, 17:51 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

02 Dekabr 2020, 17:44 (GMT +4)
AIIB-in Azərbaycan üzrə alternativ direktoru dəyişib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66