Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

17 Yanvar 2020, 17:07 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews, K.Orxan. "Azərişıq" ASC interaktiv müsahibələrin tətbiqinə start verib.

SalamNews xəbər verir ki, müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kadr siyasətində gənclərə üstünlük verməsi “Azərişıq” ASC üçün də əsas istiqamətlərdən biridir:

"Çünki ölkə başçısının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı verdiyi tövsiyə və çağırışlar yeni kadr bankının gənclərdən təşkil olunmasına, iş fəaliyyətində yeni, sağlam təfəkkürün ön plana çıxmasına öz təsirini göstərir.

Bundan əlavə, ölkə başçısının bütün sahələrdə innovativ, texnoloji metodlardan istifadə ilə bağlı tapşırıqları da nəzərə alan “Azərişıq” ASC növbəti yenilik edib. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq, yeni ildən interaktiv müsahibələrin tətbiqinə start verilib. Müsabiqələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Belə ki, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur".

"Azərişıq" sözçüsü bu sistemin ilk dəfə Qərb regionu üzrə həyata keçirildiyini qeyd edib:

"İlk dəfə müasir teleprezent sistemi ilə Qərb regionundan canlı müsahibədə 14 namizəd iştirak edərək müxtəlif vəzifələr üzrə Tədris Mərkəzində kurs keçmələri üçün qeydiyyata alınıblar".

Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə Müəllim və professor heyəti tərəfindən ASC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır

“Azərişıq” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“Azərişıq” rəhbərliyi cəbhə bölgəsinə gedib

"Azərişıq" cəbhədəki vəziyyətlə bağlı qərargah yaradıb

“Azərişıq” son 5 ildə itkiləri 5% azaldıb

“Azərişıq” şimal-qərb regionunda elektrik enerjisi təsərrüfatını yeniləyib

KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

“Azərişıq” Bakı və regionlarda 1088 kənar xətdən istifadə faktı qeydə alıb

“Azərişıq” cəbhə xəttində yerləşən kəndin enerji sistemini yenidən qurub

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib 

“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

“Azərişiq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

"Azərişıq" istehlakçılara borcları haqqında SMS göndərəcək

“Azərişıq” ASC-də 2 regiona və 10 rayona yeni rəis təyin edilib

“Azərişıq” sərt karantin günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” Şamaxının Çuxuryurd kəndində yenidənqurma işlərinə başlayıb

“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

"Azərişıq"da kadr dəyişiklikləri baş verib

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

26 Noyabr 2020, 17:36 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

26 Noyabr 2020, 17:24 (GMT +4)
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

26 Noyabr 2020, 17:10 (GMT +4)
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66