Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

17 Yanvar 2020, 16:36 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews. “20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn kimi həkk olunub. O Məlum olduğu kimi 1990-cı ildə yalnız Bakı şəhərində deyil sovet ordusu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı faciələr törədildi. Daha çox Bakıda insanların vəhşicəsinə gülləboran edilməsini, tankların altında yüzlərlə qocaların, uşaqların, qadınların əzilməsindən sonra bu tarixi gün Azərbaycan xalqının oyanışı müstəqillik yolunda həlledici addım atması ilə yadda qaldı. Bu mənada hər il milli qürur məqamı kimi xatırlayıb yad etdiyimiz 20 Yanvar faciəsi nə qədər vaxt keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq.

SalamNews xəbər verir ki, bu sözləri ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova bildirib. Onun sözlərinə görə, bu tarix həm də qan yaddaşımıza hopan milli qürur tariximizdir: “Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunu əsrlər belə keçsə silmək mümkün olmayacaq. Biz də ABC Tədris və İnkişaf Mərkəzi olaraq bu il Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş və şəhidlik zirvəsinə ucalmış faciə qurbanlarını diqqətdə saxlayacağıq və onlara ehtiramımız tükənməzdir.

Biz yalnız 20 Yanvar cinayətlərini gələcək nəsillər təbliğ etməməliyik, aktiv şəkildə Azərbaycan xalqına qarşı kütləvi terror kimi xarakterizə edilən Qarabağ münaqişəsinin ağır nəticələrini də daim gündəmdə saxlamalıyıq. Çox təəssüf ki, 20 Yanvar faciəsi zamanında öz hüquqi, siyasi qiymətini almadı. Bugünkü gənc nəsil də həmin tarixi fəxrlə yad edir və gənclərimiz də gözəl anlayırlar ki, azadlığın, müstəqilliyin yolu ağırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildi. Hər il 20 Yanvar gününü kədərə-qüssəyə batmaq günü kimi deyil, qürur, milli fəxarət günü kimi qeyd etməliyik. Dövlətimiz də bu istiqamətdə lazımi tədbirlər təşkil edir, şəhidlərimizin anılması, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək istiqamətində təqdirəlayiq işlər görülür. Əminəm ki, bu il də ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən tarixin ildönümü gününü yüksək səviyyədə qeyd edəcəyik. Şəhidlik vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Bu yüksək zirvədən bizə boylanan 20 Yanvar şəhidlərinin ruhu daim qəlbimizdə yaşayacaq. Bir daha qeyd etmək istərdim ki, bu faciə sıradan bir hadisə deyildi, 20 Yanvar faciəsi bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir! Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdəcə boğmağa çalışanlar öz arzularına çatmadılar. Xalqımız vəhşiliklə həyata keçirilən imperiya cəzalarından qorxmayaraq meydanlara axışdı və bugünkü gənc nəsil üçün örnək olacaq addımlar atıb öz azadlıq arzularını həyata keçirdi. Bir tarixi məqamı da xüsusilə vurğulamaq istərdim ki, məlum faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib Bakıda baş verən acınacaqlı olaylar barədə bütün dünyaya həqiqəti çatdırdı, Bu gün də ölkə rəhbərliyi bu həssas tarixi günümüz sayılan faciəni diqqətdə saxlayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə hər il Prezident Administrasiyası tərəfindən Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbirlər planı hazırlanır.

Respublikanın bütün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir. Son olaraq bir daha qeyd edim ki, 20 Yanvar faciəsindən daim ibrət dərsi götürülməlidir və gələcək nəsillər üçün bu tarix daha dərindən və hərtərəfli çatdırılmalıdır. ABC Tədris və İnkişaf Mərkəzi olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır

ABC Tədris və İnkişaf Mərkəzi fəaliyyətini genişləndirir

"ABC Tədris və İnkişaf mərkəzi" bir yaşını qeyd edib

27 Fevral 2020, 18:33 (GMT +4)
İranın vitse-prezidenti koronavirusa yoluxub

27 Fevral 2020, 18:10 (GMT +4)
Bakıdakı elektrik enerjisi problemi aradan qaldırılıb (RƏSMİ)

27 Fevral 2020, 18:00 (GMT +4)
Azərbaycanda müəllimlərin işə qəbulu başlayır

27 Fevral 2020, 17:45 (GMT +4)
Yüz minlərlə suriyalının qatili Türkiyənin dostu ola bilməz - Ərdoğan

27 Fevral 2020, 17:38 (GMT +4)
Astara Rayon Mərkəzi xəstəxanasının baş həkimi işdən azad olunub

27 Fevral 2020, 17:30 (GMT +4)
İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

27 Fevral 2020, 17:25 (GMT +4)
Prezident Artur Rasi-zadəyə “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO)

27 Fevral 2020, 17:23 (GMT +4)
İranda tanınmış azərbaycanlı din alimi koronavirusdan vəfat edib (FOTO)

27 Fevral 2020, 17:22 (GMT +4)
“Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq Forum keçirilir

27 Fevral 2020, 17:19 (GMT +4)
Yaponiyada koronavirus səbəbiylə bütün məktəblər bağlanır

27 Fevral 2020, 17:18 (GMT +4)
Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

27 Fevral 2020, 17:10 (GMT +4)
"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

27 Fevral 2020, 16:56 (GMT +4)
Nazir Muxtar Babayev Kağızın Təkrar Emalı Fabrikində olub (FOTOLAR)

27 Fevral 2020, 16:55 (GMT +4)
AB və İngiltərə "Brexit" razılaşmasına nəzarət komitəsi qurub

27 Fevral 2020, 16:42 (GMT +4)
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur (YENİLƏNİB)

27 Fevral 2020, 16:27 (GMT +4)
ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

27 Fevral 2020, 16:26 (GMT +4)
Prezident İlham Əliyev 3 generalın istefaya göndərilməsi haqqında sərəncam imzalayıb

27 Fevral 2020, 16:18 (GMT +4)
Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək

27 Fevral 2020, 16:15 (GMT +4)
Tramp Viskonsin ştatında atışma nəticəsində ölənlərin sayını açıqlayıb

27 Fevral 2020, 16:02 (GMT +4)
İraqın baş naziri Britaniya vətəndaşlığından imtina edib

27 Fevral 2020, 15:55 (GMT +4)
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

27 Fevral 2020, 15:40 (GMT +4)
Qaradağ rayonunun Xəzər sahili ərazilərində monitorinq keçirilib

27 Fevral 2020, 15:22 (GMT +4)
Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlanıb

27 Fevral 2020, 15:12 (GMT +4)
Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı təsdiqlənib

27 Fevral 2020, 15:11 (GMT +4)
Gürcüstan koronavirus səbəbindən İrandan gələn vətəndaşların girişini məhdudlaşdırıb

27 Fevral 2020, 14:56 (GMT +4)
AzTU-nun tələbə-rektoru ilin idmançısı seçilib

27 Fevral 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb, yoluxanlar 245 nəfərdir

27 Fevral 2020, 14:47 (GMT +4)
Almaniyada koronavirusa yoluxmaların sayı artıb

27 Fevral 2020, 14:45 (GMT +4)
Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzalayıb (FOTO)

27 Fevral 2020, 14:20 (GMT +4)
Nazir: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66