Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Süleymaninin dəfn mərasimi və ABŞ-a raket zərbələri günü seçilmiş İlahi günlərdir - Ayətullah Xamenei

17 Yanvar 2020, 13:35 (GMT +4)

Bakı, 17 yanvar, SalamNews, B.Samid. "Süleymaninin dəfn mərasimi və ABŞ qərargahına raket zərbələri günü "Əyyamullah"dır. Süleymaninin əbədi evə o şəkildə yola salınmasını gördünüzmü?! Həmçinin ABŞ-ın heybətinə vurulan o zərbələr adi zərbələr deyildi. Keşikçilər Ordusu ABŞ-a ilk şilləni vurdu. Qaldı əsas iş, o da ABŞ-ın bölgədən çıxmasıdır."

SalamNews xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Son səkkiz ildə ilk dəfə olaraq cümə namazına imamlıq edən Ayətullah Xamenei bu namazın xütbələrində İran ətrafında və regionda baş verən cari məsələlər haqda mesajlar verib.

Bu xütbələrdə Qasim Süleymaninin həyat yolundan, onun İraq və Suriyada İŞİD terror təşkilatı ilə mübarizəsindən, Livan və sair bölgələrdə İsrailə qarşı fəaliyyətindən, digər müsəlman bölgələrində təcavüzə və zülmə məruz qalmış müsəlman toplumlarına yardımlarından söz açan Ayətullah Xamenei, generalın dəfn mərasimi gününü eləcə də ondan sonra ABŞ bazalarına endirilən raket zərbələrinin gününü "Əyyamullah" və seçilmiş ilahi günlər adlandırıb.

"İranda Qasim Süleymaninin dəfn mərasimində on milyonlarla,  xaricdə isə yüz minlərlə insan küçələrə axışdılar.  Onlar Qüds Ordusunun komandanının qanına görə çıxdılar və dünyanın ən böyük yola salma mərasimini formalaşdırdılar. Bu İlahi günlərdən biridir", deyə Ayətullah Xamenei bundan sonra generalın yolunun daha kütləvi və əzmkarlıqla davam edəcəyini bildirib.

Ayətullah Xamenei xütbə çıxışı zamanı raket hücumu günü səhvən vurulan Ukrayna təyyarəsi məsələsinə də toxunub. Bu faciəyə görə özünün, İranın və iranlılarının ürəklərinin sızladığını deyən Ayətullah Xamenei əlavə edib ki, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Onun sözlərinə görə sözügedən məsələdən xarici tərəflərin İrana qarşı yararlanması və ya Sepaha qarşı alət kimi istifadə edilməsinə də icazə verilməyəcək.

Ayətullah Xamenei bu xütbələr zamanı ərəb dilində danışıb və regionla bağlı mühüm mesajlar verib.

"Çoxlu qərəzli cəhdlər etdilər ki, İran - İraq xalqlarını bir-birilə qarşıdurmaya çəksinlər. Çoxlu pullar sərf etdilər. Çox məsuliyyətsiz şəxsləri bu işə cəlb etdilər ki, bu şeytani propaqandayla İranla İraqı üz-üzə qoysunlar. Amma Süleymani ilə əl-Mühəndisin bir yerdə, iraqlı iranlı hərbçilərin birgə ABŞ tərəfindən terrora məruz qalması və bu şəhidlik həmin şeytani səyləri zərərsizləşdirdi. İndi ABŞ-ın İraqla bağlı biyabıredici addımlarından biri də budur ki, gəldiklərini bildirirlər, amma parlamentin qərarına baxmayaraq bu ölkədən çıxmayacaqlarını vurğulayırlar.", deyə Ayətullah Xamenei İraq parlamentinin ABŞ qüvvələrinin çıxması ilə bağlı qərarını təqdir edib və bu ölkə xalqına ABŞ-ın, onun bölgədəki müttəfiqlərinin təfriqə salan planları barədə xəbərdarlıq edib.

Ayətullah Xamenei nüvə sazişi ətrafında baş verən proseslərə də toxunub və Avropa dövlətlərinin bu anlaşma çərçivəsində İrana qarşı hərəkətə keçmələrinə münasibət bildirib.

"Almaniya, Britaniya və Fransa nüvə sazişinə görə heç nə etməyiblər. Onlar ABŞ mənafeyinə xidmət göstərirlər. Sanki kukladırlar", deyə Ayətullah Xamenei iranlıları bu üç Avropa dövlətinə inanmamağa çağırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

Təbrizlilər Ayətullah Xamenei ilə görüşüblər

Sanksiyaları fürsət bilib, iqtisadiyyatımızı neftə olan asılılıqdan qurtara bilərik - Ayətullah Xamenei

Respublikaçı senatorlar Twitter-dən Ayətullah Xamenei və Cavad Zərifin səhifələrinin bağlanmasını tələb ediblər

ABŞ-ın Fələstin planı Tramp ölməmişdən öncə öləcək - Ayətullah Xamenei

Ayətullah Xamenei İslam İnqilabının 41-ci ildönümü ərəfəsində İranın ictimaiyyət nümayəndələrilə görüşüb

Ayətullah Xameneinin ofisi Trampın Fələstin planına münasibət bildirib

İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

Ayətullah Xamenei son 8 ildə ilk dəfə olaraq cümə namazına rəhbərlik edib (VİDEO)

Ayətullah Xamenei Qətərin əmirini qəbul edib: Bölgədəki gərginliyin səbəbi ABŞ və müttəfiqləridir

Ayətullah Xamenei Ukrayna təyyarəsinin vurulması ilə bağlı başsağlığı və göstəriş verib

Ayətullah Xamenei ABŞ qərargahlarına hücumdan sonra ilk çıxışını edib: Bu yalnız bir sillə idi

General Süleymani ABŞ tərəfindən terror edilib, Ayətullah Xamenei intiqam vədi verib

Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

Ayətullah Xamenei Trampın Əfqanıstana elan olunmamış səfərini şərh edib

Ayətullah Xamenei son iğtişaşlara münasibət bildirib: Çox təhlükəli plan məhv edildi

Ayətullah Xamenei son iğtişaşlara münasibət bildirib: Düşməni geri çəkilməyə məcbur etdik

İslam dünyasında azacıq birlik olsaydı bu bəlalar başımıza gəlməzdi - Ayətullah Xamenei

İmran Xan Səudiyyə və İran arasında vasitəçilik fonunda Ayətullah Xamenei ilə görüşüb

Biz atom bombasının istehsalı üçün addım ata bilərdik, amma bu islama ziddir - Ayətullah Xamenei (VİDEO)

24 Fevral 2020, 18:00 (GMT +4)
Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

24 Fevral 2020, 17:52 (GMT +4)
İsrailin Dəməşqə hücumunda iki fələstinli hərəkatçının həlak olduğu bildirilib

24 Fevral 2020, 17:42 (GMT +4)
Sumqayıtın nəqliyyat sistemində yenilik edilib

24 Fevral 2020, 17:38 (GMT +4)
Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

24 Fevral 2020, 17:30 (GMT +4)
AzTU-nun tələbəsi Avrasiya çempionu olub

24 Fevral 2020, 17:25 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı beşə çatıb

24 Fevral 2020, 17:17 (GMT +4)
Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri sərhəd məntəqələrində olublar

24 Fevral 2020, 17:10 (GMT +4)
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

24 Fevral 2020, 16:57 (GMT +4)
BBC News: "Brexit" səbəbiylə İngiltərə vətəndaşlarının pasportunun rəngi dəyişəcək

24 Fevral 2020, 16:43 (GMT +4)
Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

24 Fevral 2020, 16:36 (GMT +4)
İraqda İŞİD liderinə yaxın 3 terrorçu məhv edilib, yeddisi ələ keçib

24 Fevral 2020, 16:35 (GMT +4)
İrandan Azərbaycana gələn iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

24 Fevral 2020, 16:29 (GMT +4)
Azərbaycan universitetlərinin sərgisi keçirilib

24 Fevral 2020, 16:23 (GMT +4)
Artur Rasizadə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

24 Fevral 2020, 16:19 (GMT +4)
Assanj ABŞ-a ekstradisiyası ilə bağlı iclas üçün London məhkəməsinə gəlib

24 Fevral 2020, 16:11 (GMT +4)
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 Fevral 2020, 15:59 (GMT +4)
Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:58 (GMT +4)
Texasda baş verən atəşma nəticəsində 7 nəfər xəsarət alıb

24 Fevral 2020, 15:40 (GMT +4)
Tramp ABŞ-ın Hindistana 3 milyard dollar dəyərində hərbi vertolyot və avadanlıq verəcəyini açıqlayıb

24 Fevral 2020, 15:29 (GMT +4)
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar (RƏSMİ)

24 Fevral 2020, 15:26 (GMT +4)
Aviazərbələrə cavab olaraq, Qəzzadan İsrailə raketlər atılıb

24 Fevral 2020, 15:12 (GMT +4)
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

24 Fevral 2020, 14:50 (GMT +4)
AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq

24 Fevral 2020, 14:36 (GMT +4)
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

24 Fevral 2020, 14:29 (GMT +4)
Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:25 (GMT +4)
İranda koronavirusa yoluxanlardan ikisi sağalaraq evə buraxılıb

24 Fevral 2020, 14:25 (GMT +4)
Naxçıvan Ali Məclisinə sədr seçilib

24 Fevral 2020, 14:15 (GMT +4)
"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

24 Fevral 2020, 14:10 (GMT +4)
Çin səfiri koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

24 Fevral 2020, 13:55 (GMT +4)
ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66