Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK ilə CEC-nin birgə işçi qrupunun toplantısı keçirilib

16 Yanvar 2020, 17:45 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə “Caspian European Club”un (CEC) birgə işçi qrupunun toplantısı keçirilib.

SalamNews bu barədə CEC-ə istinadən xəbər verir.

Xatırladaq ki, DGK tərəfdən birgə işçi qrupuna qurumun sədrinin müavini Cavad Qasımov rəhbərlik edir.

“Son bir neçə ildə bizim birgə işçi qrupumuz biznes nümayəndələrini narahat edən müxtəlif məsələlərin müzakirəsində çox fəal iştirak edib. Təklif edirəm bu toplantılar hər ay keçirilsin ki, biz də görülmüş işlərə yekun vura və operativ həlli tələb olunan məsələlərə dərhal reaksiya verə bilək”, - C.Qasımov söyləyib.

O, Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdiridiyi hədəflərdən danışıb. Sədr müavini qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.

“Bugünkü iclasda Caspian European Club nəqliyyat komitəsinin təmsilçiləri iştirak edirlər. Onlar öz fəaliyyətləri dövründə hər gün DGK-nın nümayəndələri ilə ünsiyyətdə olurlar. Biz sıx əməkdaşlığa və konstruktiv dialoqa görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edirik. Bundan sonra biz hər ay iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinin fikir, problem və təkliflərini öyrənəcək, onları əhəmiyyətliliyinə və mürəkkəbliyinə uyğun olaraq sistemləşdirəcək və qruplaşdıracaq, birgə işçi qrupumuz çərçivəsində müzakirəyə çıxaracağıq”, - Telman Əliyev qeyd edib.

“Caspian European Club”un bütün dövlət qurumları ilə birgə işçi qrupu var. Onların fəaliyyəti birbaşa və ya dolayısı ilə biznes subyektləri ilə əlaqəlidir. İşçi qruplarının fəaliyyəti “Caspian European Club”un idarə heyətləri və şirkət top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitə rəhbərləri tərəfindən nizamlanır.

Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK 7,6 mln manatdan çox dəyərində tibbi vasitələri orduya təhvil verib - VİDEO

DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib

DGK: Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb

DGK bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

DGK elektron xidmətlərinin sayını artıracaq

DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

DGK: Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

DGK: Meyvə-tərəvəz idxalı artıb

DGK: Keçən ay dəmir yolu ilə 225 milyon dollarlıq yük daşınıb

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

DGK mayda ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

DGK: Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 147,1 min ton yük göndərilib

DGK: Tomat ixracı artıb

DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

27 Yanvar 2021, 10:22 (GMT +4)
Dünyada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib

27 Yanvar 2021, 10:15 (GMT +4)
MN işğaldan azad olunan Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Yanvar 2021, 10:00 (GMT +4)
Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının cənazəsi Bakıya göndərilib

27 Yanvar 2021, 09:53 (GMT +4)
Tunisdə intensiv etirazlardan sonra 11 yeni nazir təyin və təsdiq edilib

27 Yanvar 2021, 09:45 (GMT +4)
Putinlə Bayden arasında telefon danışığı keçirilib

27 Yanvar 2021, 09:45 (GMT +4)
XİN: Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib

27 Yanvar 2021, 09:30 (GMT +4)
Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib

27 Yanvar 2021, 09:22 (GMT +4)
Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 14 hava zərbəsi endirib

27 Yanvar 2021, 09:20 (GMT +4)
Bakı sakinindən narkotik və odlu silah götürülüb

27 Yanvar 2021, 09:10 (GMT +4)
ABŞ-ın yeni dövlət katibinin adı açıqlanıb

27 Yanvar 2021, 09:00 (GMT +4)
Vətən müharibəsinin 11 iştirakçısına əlillik dərəcəsi təyin olunub

26 Yanvar 2021, 18:00 (GMT +4)
AZAL: Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀

26 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

26 Yanvar 2021, 17:41 (GMT +4)
Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub

26 Yanvar 2021, 17:40 (GMT +4)
ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

26 Yanvar 2021, 17:36 (GMT +4)
Silsilə oğurluqlar edən şəxs ifşa olunub

26 Yanvar 2021, 17:27 (GMT +4)
Çində son sutkada 139 koronavirusa yoluxma aşkar edilib

26 Yanvar 2021, 17:25 (GMT +4)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:15 (GMT +4)
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66