Putin konstitusiya dəyişikliklərinə niyə ehtiyac olduğunu izah edib16 Yanvar 2020, 17:05 (GMT +4) Bakı, 16 yanvar, SalamNews. Rusiya Prezidenti Vladimir Putin, Konstitusiyaya dəyişiklik təkliflərini hazırlanması üçün yaradılan işçi qrupunun üzvləri ilə görüşdə bildirib ki, sənəddə edilən dəyişikliklərin mənası vətəndaş cəmiyyətinin və siyasi partiyaların rolunu artırmaqdır.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"Bu düzəlişlərin mənası Rusiyanın hüquqi, sosial dövlət kimi daha da inkişaf etməsini təmin etmək, ölkəmizin institutlarının fəaliyyətinin səmərəliliyini artırmaq, vətəndaş cəmiyyətinin, siyasi partiyaların dövlətimizin inkişafında rolunu gücləndirməkdir", - deyə Putin bildirib.
|