Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Transxəzər fiber-optik kabel xətləri Avropa-Asiya arasında Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16 Yanvar 2020, 15:48 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir.

Proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 19 mart 2019-cu il tarixdə Azərbaycanla Qazaxıstan, 28 noyabr tarixində isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlərimzalanıb.

Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstanın isəKazTransCom və Transtelecom şirkətləri icra edəcək. Layihənin2021-2022-ci illərdətamamlanması planlaşdırılır.Ötən ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib və tədbirdə hər iki ölkənin baş naziri, dövlət rəsmilərivə layihəni icra edənşirkətlərin rəhbərləri iştirak ediblər.
Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 km olacaq və layihən iAzerTelecom və Türkmən telekom operatorlarıicra edəcək.

AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/s, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/s olacaq.

“Ölkə başçısı cənab Prezident İlham Əliyev ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi məsələsinə toxunmuş, layihənin önəmli olduğunu bildirmiş və qeyd etmişdir ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Cənab Prezidentin diqqət mərkəzində olan bu strateji layihələrin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icrası əsas hədəfimizdir” – deyə Fuad Allahverdiyev qeyd edib.
Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi ipək yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.

AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

20 Fevral 2020, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Almaniyadakı terror hücumunun araşdırılmasını yaxından izləyir

20 Fevral 2020, 17:08 (GMT +4)
Gömrük əməkdaşları daha bir uğurlu əməliyyat keçirib (VİDEO)

20 Fevral 2020, 16:52 (GMT +4)
Azərbaycanda bir neçə qida əlavəsinin satışı və istifadəsi qadağan edilib (SİYAHI)

20 Fevral 2020, 16:51 (GMT +4)
Türkiyə AB-nin altı ölkəsinin vətəndaşları üçün viza rejimini sadələşdirib

20 Fevral 2020, 16:45 (GMT +4)
ATU daha bir əməkdaşlığa imza atıb

20 Fevral 2020, 16:38 (GMT +4)
İsrail Ermənistanın bu ölkədə səfirlik açmaq planını alqışlayıb

20 Fevral 2020, 16:38 (GMT +4)
Avstraliyada sərnişin qatarı relsdən çıxıb

20 Fevral 2020, 16:30 (GMT +4)
Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir

20 Fevral 2020, 16:24 (GMT +4)
Azərbaycan taekvondoçusu Helsinqborqda qızıl medal qazanıb

20 Fevral 2020, 16:05 (GMT +4)
Merkel Hanaudakı atışma səbəbiylə Halleyə ziyarətini ləğv edib

20 Fevral 2020, 16:02 (GMT +4)
Bakı metrosu koronavirusa görə dezinfeksiya ediləcək

20 Fevral 2020, 15:54 (GMT +4)
Azərbaycanda 4-cü dəfə Satış Forum keçirilib (FOTOLAR)

20 Fevral 2020, 15:51 (GMT +4)
Türkiyə-Azərbaycan oyunu Alanyadakı Oba stadionunda keçiriləcək

20 Fevral 2020, 15:40 (GMT +4)
Avstraliya Çindən gələnlərin ölkəyə giriş qadağasını uzadıb

20 Fevral 2020, 15:26 (GMT +4)
“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 15:20 (GMT +4)
Mayk Pompeo bölgəyə səfəri çərçivəsində Səudiyyə kralı ilə görüşüb

20 Fevral 2020, 15:18 (GMT +4)
Maduro ABŞ-ın sanksiyaları səbəbiylə milli neft sənayesində fövqəladə vəziyyət elan edib

20 Fevral 2020, 15:17 (GMT +4)
Azərbaycan və İtaliya Prezidentlərinin geniş tərkibdə görüşü olub

20 Fevral 2020, 15:11 (GMT +4)
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:00 (GMT +4)
DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

20 Fevral 2020, 14:57 (GMT +4)
Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

20 Fevral 2020, 14:43 (GMT +4)
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:32 (GMT +4)
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20 Fevral 2020, 14:30 (GMT +4)
Putin Sankt-Peterburqdakı terror aktının qarşısını almağa köməyə görə ABŞ-a təşəkkür edib

20 Fevral 2020, 14:21 (GMT +4)
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb

20 Fevral 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 5-ə çatıb

20 Fevral 2020, 14:05 (GMT +4)
Zaur Əliyev: Ölkədə 5 ərazi tibbi bölməsi fəaliyyətə başlayıb

20 Fevral 2020, 13:54 (GMT +4)
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO)

20 Fevral 2020, 13:49 (GMT +4)
Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan necə yararlana bilər? (AÇIQLAMA)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66