Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

15 Yanvar 2020, 10:09 (GMT +4)

Bakı, 15 yanvar, SalamNews. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən arxiyepiskop Aleksandr İşein Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Aleksandr İşein bu dəyərlərin Azərbaycanın dini həmrəylik mühitinin, sivilizasiyalararası dialoqun təşəkkülündə və inkişafında mühüm rol oynadığını qeyd edib.

Yeparxiyanın ölkəmizdə 21 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib: “Azərbaycanda dini icmamızın fəaliyyəti üçün hər cür imkan yaradılıb. Bakıda icmamıza aid kilsələr fəaliyyət göstərir. Ölkədəki tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir. Bu sahədə dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mən Prezident İlham Əliyev tərəfindən dəfələrlə ali mükafatlarla təltif olunmuşam. Bu, dini icmalara göstərilən diqqətin təzahürüdür”.

Arxiyepiskop qeyd edib ki, bu gün insanlar bəşəriyyətin inkişafını ləngidən və bu tərəqqiyə mənfi təsir göstərə bilən problemlərlə üz-üzə qalıblar. Bu problemlərdən biri də cəmiyyətdə dini və milli ayrı-seçkiliyin baş verməsidir. Bu problemlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğunu deyən arxiyepiskop bildirib ki, din xadimləri dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıdırlar.

Sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı Şeyxülislam Allahşükür Paşazadənin pravoslav xristian icmasının nümayəndələrinə təbrik məktubunu oxuyub.

Məktubda bildirilib ki, Azərbaycanda millət və din fərqi olmadan hər kəs dini ibadətlərini rahat şəkildə yerinə yetirir. Dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edir.

Qeyd olunub ki, ölkəmizdəki pravoslav dini icmasının üzvləri digər icmalarla daim dostluq və əməkdaşlıq şəraitində yaşayırlar. İcma ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafı istiqamətində mühüm işlər görüb. Bu, həm də dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfə verir.

Sonra çıxış edən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışıb, Milad bayramı münasibətilə pravoslavları təbrik edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, ölkəmizdəki xarici dini konfessiyaların təmsilçiləri iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər

Fransada Milad bayramı tədbirində 20-dən çox insan dəm qazından zəhərlənib

Tramp Milad bayramı üçün Melaniyə hədiyyə almadığını etiraf edib

El Mundo: Venesuelalıları yayındırmaq üçün Maduro Milad bayramının vaxtını irəli çəkib

Madriddə dördüncü “Milad bayramı–beynəlxalq mədəniyyətlər” sərgisində Azərbaycan pavilyonu açılıb

Prezident Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Melburn şəhərində Milad bayramı ilə bağlı tədbirlər ləğv edilib

Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib

Pravoslavlar Milad bayramını qeyd edir

Pravoslavlar Milad axşamını qeyd edirlər

İŞİD Milad bayramında ABŞ-dakı kilsələri partlatmaqla təhdid edir

Britaniya müsəlmanları Milad bayramında miqyaslı xeyriyyə aksiyası təşkil edəcəklər

Berlində Milad yarmarkasındakı mümkün terror aktı pakistanlı tərəfindən törədilib - KİV

Almaniyada 12 yaşlı oğlan Milad yarmarkasına bomba yerləşdirib

Londonda müsəlman restoranı Milad bayramında yoxsullara pulsuz yemək verəcək (FOTO)

Səudiyyə Ərəbistanında əməkhaqqı miladi təqvimlə veriləcək

Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik edib

Pravoslavlar Milad bayramını qeyd edir

Milad şamına bənzəyən dənizqurdu (FOTO)

Yanğında ailəsini itirmiş qız 1 milyon Milad açıqcası alıb (FOTOLENT)

07 Aprel 2020, 12:18 (GMT +4)
ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

07 Aprel 2020, 12:06 (GMT +4)
İran Parlamenti koronavirsun yayılmasından sonra ilk toplantısını keçirib (FOTO)

07 Aprel 2020, 12:03 (GMT +4)
Rusiya rublunun dəyəri qalxıb

07 Aprel 2020, 11:36 (GMT +4)
Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb

07 Aprel 2020, 11:32 (GMT +4)
Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

07 Aprel 2020, 11:17 (GMT +4)
Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur

07 Aprel 2020, 11:16 (GMT +4)
Taliban Kabildə hökumətlə danışıqları dayandıracağı ilə bağlı xəbərdarlıq edib

07 Aprel 2020, 11:04 (GMT +4)
"Toyota" qoruyucu maskaların istehsalına başlayacaq

07 Aprel 2020, 10:56 (GMT +4)
Xaçmazda karantində olanlara mənəvi dəstək göstərilib (FOTO)

07 Aprel 2020, 10:39 (GMT +4)
Ayətullah Xamenei koronavirusa görə Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib

07 Aprel 2020, 10:31 (GMT +4)
İcazəsi olmayan şəxslərin küçədə hərəkəti barədə qanunvericiliyə uyğun tədbirlər davam etdirilir 

07 Aprel 2020, 10:28 (GMT +4)
Meksikada koronavirusdan 24 saat ərzində 30-dan çox insan ölüb

07 Aprel 2020, 10:15 (GMT +4)
Xüsusi karantin qaydalarını pozan sürücü həbs edilib

07 Aprel 2020, 10:00 (GMT +4)
Səudiyyə ramazan ayında da məscidlərin bağlı qalması ehtimalı olduğunu bildirib

07 Aprel 2020, 10:00 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

07 Aprel 2020, 09:54 (GMT +4)
Çində son sutka ərzində COVID-19-dan ölən olmayıb

07 Aprel 2020, 09:50 (GMT +4)
Koronavirusa yoluxanların sayı 1,3 milyonu ötüb

07 Aprel 2020, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

07 Aprel 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

07 Aprel 2020, 09:21 (GMT +4)
Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

07 Aprel 2020, 09:16 (GMT +4)
Mütəxəssis Avstraliyada COVID-19-un müalicəsinin tapılması xəbərinə münasibət bildirib

07 Aprel 2020, 09:15 (GMT +4)
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

07 Aprel 2020, 09:12 (GMT +4)
Suriyanın şərqində hücum nəticəsində bir ABŞ zabiti ölüb

07 Aprel 2020, 09:00 (GMT +4)
ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66