Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir - XİN

08 Yanvar 2020, 15:57 (GMT +4)

Bakı, 8 yanvar, SalamNews. Bu il yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyev şəhid olub. Bu qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin yaydığı məlumatda bildirilir.

Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu və Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərir. Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanuna zidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir.

Allah şəhidimizə rəhmət eləsin.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Fevral 2020, 17:23 (GMT +4)
“Azərbaycan Dəmir Yolları”nda qərargah yaradılıb

29 Fevral 2020, 17:15 (GMT +4)
Rafael Ağayev Tokio olimpiadasına lisenziya qazanıb

29 Fevral 2020, 17:00 (GMT +4)
Rəsmi Bakı İranda olan Azərbaycan vətəndaşlarına müraciət edib

29 Fevral 2020, 16:50 (GMT +4)
Nazirlik hər kəsi yaz ağacəkmə aksiyalarında dəvət edir

29 Fevral 2020, 16:48 (GMT +4)
Moskvada Boris Nemtsovun xatirəsinə yürüş keçirilir

29 Fevral 2020, 16:48 (GMT +4)
ABŞ-Taliban anlaşmasının detalları açıqlanıb, əcnəbi qüvvələr 14 aya ölkədən çıxacaq

29 Fevral 2020, 16:47 (GMT +4)
Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən qadın saxlanılıb

29 Fevral 2020, 16:39 (GMT +4)
DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

29 Fevral 2020, 16:18 (GMT +4)
Qəbələdə qolf meydançasından oğurluq edilib

29 Fevral 2020, 16:05 (GMT +4)
Ağ Ev Tramp və Kurtzın görüşünü koronavirus səbəbiylə təxirə salıb

29 Fevral 2020, 16:03 (GMT +4)
Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib

29 Fevral 2020, 15:49 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 123-ü sağalıb

29 Fevral 2020, 15:42 (GMT +4)
Gürcüstanda 170 nəfər karantinə alınıb

29 Fevral 2020, 15:38 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

29 Fevral 2020, 15:29 (GMT +4)
Azərbaycan İranla sərhədlərini bağlayır

29 Fevral 2020, 15:22 (GMT +4)
Taliban hökumət qüvvələrinə hücumların dayandırılması göstərişini verib

29 Fevral 2020, 15:15 (GMT +4)
AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq edib

29 Fevral 2020, 15:07 (GMT +4)
Subsidiyaların mərhələli şəkildə “Fermer kartlarına” köçürülməsinə başlanılıb

29 Fevral 2020, 14:58 (GMT +4)
Ərdoğan Putinə Türkiyəni Suriya ilə "təkbətək" qoymağı təklif edib

29 Fevral 2020, 14:53 (GMT +4)
İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

29 Fevral 2020, 14:51 (GMT +4)
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib

29 Fevral 2020, 14:30 (GMT +4)
"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

29 Fevral 2020, 14:25 (GMT +4)
ABŞ-da koronavirusa yoluxanların sayı 62 nəfərə çatıb

29 Fevral 2020, 14:16 (GMT +4)
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub

29 Fevral 2020, 14:06 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 43-ə çatıb, yoluxanlar 593 nəfərdir

29 Fevral 2020, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 Fevral 2020, 13:57 (GMT +4)
Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başlayıb

29 Fevral 2020, 13:50 (GMT +4)
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

29 Fevral 2020, 13:47 (GMT +4)
4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan

29 Fevral 2020, 13:20 (GMT +4)
Bloomberg: Dünyanın ən varlı insanları bir həftə ərzində 444 milyard dollar itirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66