Tehranda qəzaya uğrayan Ukrayna təyyarəsinin ölən sərnişinlərinin çoxu iranlıdır08 Yanvar 2020, 12:12 (GMT +4) Bakı, 8 yanvar, SalamNews, B.Samid. Bu gün sübh Tehranda qəzaya uğrayan Ukraynanın Boeing 737 təyyarəsinin həlak olan sərnişinlərindən 147-i iranlıdır.
SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının sədri Pir-Hüseyn Kulivənd məlumat verib.
Bildirilib ki, təyyarənin bütün sərnişinləri həlak olub.
Onlardan 147-i iranlı, qalan 32-i isə digər ölkələrin vətəndaşlarıdırlar.
Təyyarənin texniki nazaslıqdan qəzaya uğradığı deyilir.
Təyyarə Tehranın Şəhriyar rayonu ərazisində qəzaya uğrayaraq yerə çırpılıb.
|