Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Könül Nurullayeva deputatlığa namizədliyini irəli sürüb

07 Yanvar 2020, 20:35 (GMT +4)

Bakı, 7 yanvar, SalamNews.Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülmüş Nurullayeva Könül Oruc qızının aktiv seçki kampaniyasının aparılması ilə əlaqədar olaraq seçki qərargahının yaradılması və təşkilati işlərlə bağlı iclas keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, ağsaqqallar, veteranlar, şəhid ailələri, Nizami rayon sakinləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Tədbirdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Daha sonra çıxış edən seçki qərargahının rəhbəri Sabit Mahmudov əvvəlcə Könül Nurullayevaya uğurlar arzulayıb. O qeyd edib ki, K.Nurullayevanın aktiv seçki kampaniyası uğurla həyata keçirilir. Belə ki, K.Nurullayevanın imzatoplama kampaniyası çərçivəsində könüllülər ona böyük dəstək göstəriblər. Onların dəstəyi ilə lazım olan imzalar 24 saylı Nizami birinci seçki dairəsindən toplanaraq dairə seçki komissiyasına təqdim edilib. S.Mahmudov bildirib ki, seçki qərargahının yaradılmasında əsas məqsəd qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən etibarən aktiv seçki və təbliğat-təşviqat kampaniyasının aparılmasıdır.

Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də tədbirdə çıxış edib. O, K.Nurullayevanın namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib. Mayıl Əliyev K.Nurullayevaya uğurlar arzulayıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehdiyev, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının sədri, Milli Qəhrəman Yuri Kovolyovun qardaşı Vitaliy Kovolyov və digər tanınmış şəxslər çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

Qeyd edək ki, Nurullayeva Könül Oruc qızı 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Respublikasının Dillər Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 2013-cü ildə isə Dillər Universitetində magistir pilləsini bitirib. Hazırda Tarix İnstitunda fəlsəfə elmləri namizədliyi üzərində çalışır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin Biznes Kollecində magistr pilləsi üzrə distansion təhsil alır. Ailəlidir, 1 övladı var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov əfv edilib

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

06 Aprel 2020, 14:35 (GMT +4)
Sumqayıtda ağacları köçürüb yerində mobil səyyar hospital quraşdırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66