Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev akademikin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

07 Yanvar 2020, 17:12 (GMT +4)

Bakı, 7 yanvar, SalamNewsPrezident İlham Əliyev akademik Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

SalamNews-un xəbərinə görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almış, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirmişdir.

Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləmişdir. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olmuş, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışmışdır. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləmiş, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olmuşdur.

Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1984-cü ildə professor elmi adı almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə etmişdir. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunmuşdur. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilmişdir.

Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilmişdir. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirmişdir.

Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almış, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Ceyhun Bayramov

Arif Paşayev

İbrahim Quliyev

Nazim Məmmədov

Cavad Abdinov

Telman Əliyev.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

Prezident Dünya Bankının icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

Əməkdar jurnalist prezidentə müraciət edib

Prezident İlham Əliyev BQXK Prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb 

Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə dəyirmi masada iştirak edib

Özbəkistan prezidenti iyunda Rusiyaya səfər etməyi planlaşdırır

Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

Azərbaycan Prezidenti Almaniyaya səfər edib

Türkiyə prezidenti Pakistana səfərə gedib

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev millimizi təbrik edib

Prezident İlham Əliyev: İstəmirəm ki, işsiz adam olsun

19 Fevral 2020, 10:20 (GMT +4)
Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşib

19 Fevral 2020, 10:14 (GMT +4)
ABŞ Venesuela hökuməti ilə işgüzar əlaqəsi olan bütün təşkilatları sanksiyalarla təhdid edib

19 Fevral 2020, 10:08 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib

19 Fevral 2020, 09:54 (GMT +4)
Cavad Zərif Nyu-York səfərində ABŞ senatorları ilə görüşüb

19 Fevral 2020, 09:53 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2000-i keçib

19 Fevral 2020, 09:52 (GMT +4)
Bakıda daha 2 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib

19 Fevral 2020, 09:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

19 Fevral 2020, 09:35 (GMT +4)
Putinin Yaxın Şərq üzrə rəsmi nümayəndəsi HƏMAS lideri ilə görüşüb

19 Fevral 2020, 09:35 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

19 Fevral 2020, 09:20 (GMT +4)
Türkiyə Rusiya ilə İdliblə bağlı aparılan danışıqların nəticələrindən "razı qalmayıb"

19 Fevral 2020, 09:20 (GMT +4)
Dizel yanacağı və avtomobil benzininin istehsalı artıb

19 Fevral 2020, 09:10 (GMT +4)
Yanvarda 195-2 Çağrı Mərkəzinə 1100-dən çox müraciət daxil olub

19 Fevral 2020, 09:00 (GMT +4)
Əbülfəs Qarayev Londonda British Council-un baş ofisində olub

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66