Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“ABAD” 2019-cu il üzrə hesabatı təqdim edib

07 Yanvar 2020, 15:09 (GMT +4)
Bakı, 7 yanvar, SalamNews“ABAD” publik hüquqi şəxs 2019-cu il ərzində də öz fəaliyyətini uğurla davam etdirdi. Bir il ərzində ABADçıların sayı 105 nəfər artaraq 420-yə çatıb.
 
SalamNews xəbər verir ki,cari ildə mərkəzlərin də sayında artım olub. Belə ki, 4 yeni “ABAD” Bakaleyası “Gənclik Mall”, “20 yanvar” m/s yaxınlığı, “Babək” prospekti və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərində açılaraq sayları 5-ə çatıb. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələrinin satışının yer aldığı “ABAD” etno-butiklərin də sayı artaraq 9-a çatıb. Belə ki, artıq Masallı “ASAN Həyat” kompleksi ərazisində də yeni satış mərkəzi fəaliyyət göstərir.
 
Bundan başqa, Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində daha bir “ABAD Food Hall” fəaliyyətə başlayıb. “ABAD” PHŞ əməkdaşları və ABADçılar Yaponiya, Malayziya, Çin, Xorvatiya, Türkiyə kimi ölkələrdə bir çox yerli və beynəlxalq təlim və sərgilərdə iştirak edib.
2019-cu ildə “ABAD”ın fəaliyyəti çərçivəsində yaddaqalan tədbirlərdən biri də Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun keçirilməsi oldu. İki həftə ərzində Azərbaycan da daxil olmaqla 15 ölkədən olan xarici iştirakçı-keramistlər Mərkəzdə açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaratdılar.
 
Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Artıq “Bravo” marketlər şəbəkəsində ABADçı istehsalı olan təbii yeni pendir və kolbasa növləri, kompotlar; meyvə şirələri və digər içkilər; pomidor turşusu; badımcan kürüsü; balqabaq tumu, qara zirə, kokos, badam və kərə yağları; meyvə quruları, un, çay, sarımsaq tozu, pelmeni, vareniki, düşbərələr, fındıq əzmələri əldə etmək mümkündür.
 
İl ərzində “ABAD” publik hüquqi şəxs Memorandum və Niyyət protokolu imzalayıb. Memorandum “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair, Niyyət Protokolu isə “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında imzalanıb.
 
2019-cu ilin fevral ayında “ABAD” publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66