Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bu gün Mikayıl Müşfiqin anım günüdür

06 Yanvar 2020, 11:28 (GMT +4)

Bakı, 6 yanvar, SalamNewsYanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

SalamNews xəbər verir ki, ölümündən 82 il ötən Mikayıl Müşfiq həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Mikayıl Müşfiqin 100 və 110 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESKO–nun Bəşəriyyətin Qeyri–maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66