Tehranda milyonlarla insanın iştirakı ilə Qasim Süleymaniyə cənazə namazı qılınıb (VİDEO)
06 Yanvar 2020, 10:21 (GMT +4)
Bakı, 6 yanvar, SalamNews, B.Samid. Tehranda İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı Qasim Süleymaninin nəşi ilə vida mərasimi keçirilib.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, Tehranda Qasim Süleymaninin cənazə namazını Ali dini lider Ayətullah Xamenei qılıb.
Milyonlarla insan şəhidin Tehrandakı vida mərasiminə qatılıb.
Qeyd edək ki, generalın nəşi ilə iki gün öncə Kərbəlada ötən gün isə Məşhəddə vida mərasimi keçirilib.
Qasim Süleymaninin nəşi daha sonra dəfn etmək üçün Kermana aparılacaq.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.