İran nüvə anlaşması çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərdən imtina etdiyini elan edib05 Yanvar 2020, 22:09 (GMT +4) Bakı, 5 yanvar, SalamNews. İran İslam Respublikası nüvə anlaşması çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərdən imtina edib. SalamNews xəbər verir ki, müvafiq qərar prezident Həsən Ruhaninin iştirakı ilə keçirilən Nazirlər Kabineti iclasında qəbul edilib.
İclasdan sonra mətbuata verilən bəyanatda bildirilir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı davam etdirəcək.
|