Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasətimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracaq

01 Yanvar 2020, 12:45 (GMT +4)

Bakı, 1 yanvar, SalamNews. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnamə qəbul etdiyini, həmçinin bir sıra digər beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələr qəbul etdiklərini xatırladan dövlətimizin başçısı deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilib. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

“İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bizim ardıcıl, düşünülmüş siyasətimiz münaqişənin həllinə gətirib çıxaracaq: “İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

Prezident İlham Əliyev Rauf Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

YAP Gənclər Birliyinin sədri Prezidentin təşəbbüsünə qoşulub

“CinemaPlus” Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edir

Xeyriyyəçi Elmar Kərimov Prezidentin çağırışına dəstək olub

Daha bir qurum prezidentin çağırışına dəstək verib

Azərbaycanlı milyarderlər Prezident İlham Əliyevin çağırışına qoşulublar

DSK rəhbərliyi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

AzMİU Prezidentin çağırışına qoşularaq 50 min manat yardım edir

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Meliorasiya və Su Təsərrüfatı ASC Prezidentin çağırışına qoşulub

"Ştutqart" Prezidentin çağırışına qoşularaq koronavirusla mübarizəyə vəsait ayırıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

30 Mart 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 Mart 2020, 12:52 (GMT +4)
Vergilərin ödənilməsi müddəti uzadılıb

30 Mart 2020, 12:49 (GMT +4)
İtaliya televiziyasında Rusiya dövlət himni səsləndirilib

30 Mart 2020, 12:45 (GMT +4)
SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

30 Mart 2020, 12:25 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

30 Mart 2020, 12:17 (GMT +4)
Netanyahunun müşaviri koronavirusa yoluxub, baş nazir də testdən keçəcək

30 Mart 2020, 12:15 (GMT +4)
Almaniyada gün ərzində təxminən 70 nəfər koronavirusdan ölüb

30 Mart 2020, 11:55 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Mart 2020, 11:43 (GMT +4)
Tramp: ABŞ Şahzadə Harrinin ailəsinin qorunması üçün pul xərcləməyəcək

30 Mart 2020, 11:34 (GMT +4)
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb

30 Mart 2020, 11:33 (GMT +4)
Koronavirus qarşıdurmanın olduğu Əfqanıstan və Suriyada da can almağa başlayıb

30 Mart 2020, 11:15 (GMT +4)
Tramp 200 min amerikalının virusdan ölümünü müsbət nəticə hesab edir 

30 Mart 2020, 11:08 (GMT +4)
Milli Məclisin iclası başlayıb

30 Mart 2020, 10:57 (GMT +4)
Bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib

30 Mart 2020, 10:38 (GMT +4)
WTI markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb

30 Mart 2020, 10:37 (GMT +4)
Senat nümayəndələri İrana qarşı sanksiyaların dayandırılması üçün məktub ünvanlayıblar

30 Mart 2020, 10:30 (GMT +4)
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır (FOTOLAR)

30 Mart 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxmuşların 93 faizi sağalıb

30 Mart 2020, 10:14 (GMT +4)
AMB bu günə olan valyuta məzənnələrini açıqlayıb

30 Mart 2020, 10:03 (GMT +4)
İranın Şiraz şəhərində koronavirusla bağlı həbsxanada üsyan baş verib

30 Mart 2020, 10:00 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edib

30 Mart 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

30 Mart 2020, 09:19 (GMT +4)
Suriyada minlərlə İŞİD üzvünün olduğu həbsxanada üsyan baş verib

30 Mart 2020, 09:12 (GMT +4)
REA koronavirusa qarşı kömək edə biləcək dərmanlarların olduğu barədə məlumat verib

30 Mart 2020, 09:05 (GMT +4)
İtaliya aprelin 3-dən sonra karantini uzadacaq

30 Mart 2020, 09:02 (GMT +4)
Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

29 Mart 2020, 20:25 (GMT +4)
KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020, 20:10 (GMT +4)
Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66