Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib

01 Yanvar 2020, 07:00 (GMT +4)

Bakı, 1 yanvar, SalamNews. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews. Prezident-un məlumatına görə təbrikdə deyilir:

- Əziz həmvətənlər.

2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.

2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır.

Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır.

Bu il Bakıda Dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir, 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət vermişlər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır.

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə - 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır.

Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.

Şəffaflıq baxımından bu il çox uğurlu il olmuşdur. Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyil gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. Bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır.

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik.

Bu il turizm sahəsində rekord il olmuşdur. Bizim apardığımız siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində bu il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər etmişdir.

Bu il 10 milyonuncu vətəndaş dünyaya gəldi. Bu da böyük tarixi hadisədir. Müstəqillik dövründə bizim əhalimiz 3 milyondan çox artmışdır. Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun.

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən fürsətdən istifadə edərək, dünyada yaşayan bütün azərbaycanlılara öz səmimi salamlarımı çatdırıram. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb.

Əziz həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev İqor Ponomaryovu təltif edib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib (FOTOLAR)

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub (FOTO)

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

Prezident İlham Əliyev BQXK Prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

Prezident İlham Əliyev Münxendə dəyirmi masada iştirak edib

Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

Prezident İlham Əliyev millimizi təbrik edib

Prezident İlham Əliyev: İstəmirəm ki, işsiz adam olsun

Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

Prezident İlham Əliyev Kürdəmirə səfərə gedib

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib 

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

24 Fevral 2020, 18:00 (GMT +4)
Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

24 Fevral 2020, 17:52 (GMT +4)
İsrailin Dəməşqə hücumunda iki fələstinli hərəkatçının həlak olduğu bildirilib

24 Fevral 2020, 17:42 (GMT +4)
Sumqayıtın nəqliyyat sistemində yenilik edilib

24 Fevral 2020, 17:38 (GMT +4)
Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

24 Fevral 2020, 17:30 (GMT +4)
AzTU-nun tələbəsi Avrasiya çempionu olub

24 Fevral 2020, 17:25 (GMT +4)
İtaliyada koronavirusdan ölənlərin sayı beşə çatıb

24 Fevral 2020, 17:17 (GMT +4)
Koronavirus təhlükəsi ilə əlaqədar aidiyyəti qurumların rəhbər şəxsləri sərhəd məntəqələrində olublar

24 Fevral 2020, 17:10 (GMT +4)
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

24 Fevral 2020, 16:57 (GMT +4)
BBC News: "Brexit" səbəbiylə İngiltərə vətəndaşlarının pasportunun rəngi dəyişəcək

24 Fevral 2020, 16:43 (GMT +4)
Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

24 Fevral 2020, 16:36 (GMT +4)
İraqda İŞİD liderinə yaxın 3 terrorçu məhv edilib, yeddisi ələ keçib

24 Fevral 2020, 16:35 (GMT +4)
İrandan Azərbaycana gələn iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

24 Fevral 2020, 16:29 (GMT +4)
Azərbaycan universitetlərinin sərgisi keçirilib

24 Fevral 2020, 16:23 (GMT +4)
Artur Rasizadə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

24 Fevral 2020, 16:19 (GMT +4)
Assanj ABŞ-a ekstradisiyası ilə bağlı iclas üçün London məhkəməsinə gəlib

24 Fevral 2020, 16:11 (GMT +4)
Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 Fevral 2020, 15:59 (GMT +4)
Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:58 (GMT +4)
Texasda baş verən atəşma nəticəsində 7 nəfər xəsarət alıb

24 Fevral 2020, 15:40 (GMT +4)
Tramp ABŞ-ın Hindistana 3 milyard dollar dəyərində hərbi vertolyot və avadanlıq verəcəyini açıqlayıb

24 Fevral 2020, 15:29 (GMT +4)
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar (RƏSMİ)

24 Fevral 2020, 15:26 (GMT +4)
Aviazərbələrə cavab olaraq, Qəzzadan İsrailə raketlər atılıb

24 Fevral 2020, 15:12 (GMT +4)
Bakının daha 3 rayonunda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

24 Fevral 2020, 14:50 (GMT +4)
AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq

24 Fevral 2020, 14:36 (GMT +4)
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

24 Fevral 2020, 14:29 (GMT +4)
Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:25 (GMT +4)
İranda koronavirusa yoluxanlardan ikisi sağalaraq evə buraxılıb

24 Fevral 2020, 14:25 (GMT +4)
Naxçıvan Ali Məclisinə sədr seçilib

24 Fevral 2020, 14:15 (GMT +4)
"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

24 Fevral 2020, 14:10 (GMT +4)
Çin səfiri koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

24 Fevral 2020, 13:55 (GMT +4)
ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66