Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK rəhbərliyi Xaçmaz, Qusar və Şabranda vətəndaşları qəbul edib

27 Dekabr 2019, 15:43 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Dekabrın 27-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a bildirilib ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz şəhərində Xaçmaz və Quba rayonlarından olan vətəndaşlarla görüşüb. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Qusar şəhərində, komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Şabran şəhərində Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib. Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

DGK: Yanvarda əczaçılıq məhsullarının idxalı artıb

DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

DGK sədri GUAM-ın baş katibi ilə görüşüb

DGK avtomobildə gizlədilən siqaretləri aşkara çıxarıb

DGK sədri: Şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGK ilə CEC-nin birgə işçi qrupunun toplantısı keçirilib

DGK və “Caspian European Club” B2G Forum təşkil edib

DGK sədri: Bu il 800 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DGK gömrük postunda yaranan sıxlıqla bağlı məlumat yayıb

DGK bəzi KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib

DGK sədri Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək

Zeynab Kazımovaya DGK rəhbərliyi tərəfindən təşəkkür edilib

DGK sədri Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

07 Aprel 2020, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

07 Aprel 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

07 Aprel 2020, 09:21 (GMT +4)
Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

07 Aprel 2020, 09:15 (GMT +4)
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

07 Aprel 2020, 09:12 (GMT +4)
Suriyanın şərqində hücum nəticəsində bir ABŞ zabiti ölüb

07 Aprel 2020, 09:00 (GMT +4)
ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66