Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlər Kabinetində su ehtiyatlarının səmərəli idarə olunması müzakirə edilib

27 Dekabr 2019, 16:23 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews.Nazirlər Kabinetində su ehtiyatlarının səmərəli idarə olunması müzakirə edilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, bir həftə əvvəl Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər nazirlərinin, Meliorasiya və Su təsərrüfatı, "Azərsu" və "Azərenerji" ASC sədrlərinin, FHN rəhbərinin müavininin iştirakı ilə ölkədə su ehtiyatlarından səmərəli istifadə olunması məsələsi müzakirə edilib.

Bildirilib ki, qlobal iqlim dəyişikliyi fonunda isə müxtəlif problemlərlə yanaşı, su ehtiyatlarının da azalması müşahidə olunur: "BMT-nın 2019-cu ilin martında açıqladığı hesabatda gösətrilir ki, 1980-ci illərdən başlayaraq su istehlakı ildə 1% artır. Bu o deməkdir ki, son 30 ildə dünyada sudan istifadə təqribən 30% artıb. BMT-nin hesabatında buna səbəb kimi dünya əhalisinin, sosial-iqtisadi inkişaf və istehlak nümunələrinin artımı göstərilir. Gözlənilir ki, sənayedə və məişətdə suya tələbatın artması səbəbi ilə sudan istifadə 2050-ci ilə qədər bu templə artacaq. Bu da indiki istifadə səviyyəsindən 20-30% daha çox istifadə deməkdir.

BMT-nin hesabatında qeyd edilir ki, tələbatın artması və iqlim dəyişikliyinin təsiri ilə su ilə bağlı qlobal gərginlik də artacaq".

Konkret olaraq Azərbaycana gəldikdə, qeyd olunub ki, bu məsələ 2004-cü ildən prezidentin prioritet saydığı məsələlər sırasındadır. Odur ki, Azərbaycan hökuməti də prezidentin prioritetlərinə əsasən problemin Azərbaycana çatmasını və kəskinləşməsini gözləmək fikrində deyil. Ona görə də BMT-nin hesabatındakı xəbərdarlıqları da nəzərə alaraq, prosesləri qabaqlamağı düşünür və məsələni kəskin xarakter almadan həll etməyi planlaşdırır. Ona görə ki, suyun istehlakının artmasına səbəb olan qlobal faktorlar Azərbaycana da aiddir.

Məsələn, Azərbaycan iqtisadiyyatı böyüyür.

1999-2018-ci illərdə ölkə:

- iqtisadiyyatı 5.3 dəfə,

- sənaye 3.4 dəfə,

- qeyri-neft sənayesi 3.4 dəfə böyüyüb.

İqtisadiyyat isə ehtiyatların istifadəsi hesabına artır və bu ehtiyatlardan istifadənin də artmasını qaçılmaz edir.

Başqa tərəfdən, kənd təsərrüfatı da böyüyür, k/t məhsullarının istehsalı artır. Ölkədə 22 iri fermer təsərrüfatı və aqroparklar yaradılıb. Taxıl və pambıq sahələri genişlənir, üzüm plantasiyaları salınır, balıqçılıq vətəgələri yaradılır və s. Hazırda ölkədə 1 milyon 700 min ha əkin sahəsi var. 217 min hektar da çoxillik əkin sahələridir.

Bütün bunlar suvarma üçün böyük su resursları tələb edir və təbii ki, Azərbaycanın k/t sektoru da son 20 ildə böyüdüyü qədər də su istifadə edir, getdikcə ehtiyacı da artır. Ona görə ki, məsələn, iri fermer təsərrüfatları və aqroparkların qısa müddətdə sayının 2 dəfədən çox artırılaraq 51-ə çatdırılması hədəf götürülüb. Odur ki, indiyə qədər iqtisadiyyatın, o cümlədən də k/t-nın böyüməsi su sərfiyyatının artırıb, eyni zamanda iqtisadi artımla bağlı hədəflərimiz də böyükdür və bu səbəbdən də sərfiyyatın getdikcə artacağı da şübhə doğurmur.

Su ehtiyatlarının səmərəli istifadəsi zərurətini yaradan üçüncü bir səbəb isə əhalinin və ölkəyə gələn turistlərin sayının artmasıdır. Əhalinin sayı artıq 10 milyonu keçib. Ölkəyə gələn turistlərin də sayı ildə 1 milyonu ötüb və getdikcə artacağı gözlənilir. Təbii ki, bu sıraya son 20 ildə avtomobillərin sayının xeyli artmasını da əlavə etmək lazımdır.

Dördüncü səbəb iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması, beşinci səbəb isə suyun itkisinin böyük və adambaşına su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olmasıdır.

Bildirilib ki, Nazirlər Kabinetinin bu məsələni müzakirə etməsində məqsəd dünyada gərgin olan bu problemin Azərbaycanda da dərinləşməsinin qarşısını almaqdır: “Yəni söhbət artıq mövcud olan problemin həllindən deyil, gözlənilən, dünyada mövcud olan, inkişaf tendensiyasının məntiqindən doğan problemin qabaqlayıcı tədbirlərlə qarşısını almaqdan gedir. “Problemləri qabaqlamaq, onlar zərər verməyə başlamadan həll etmək, problemdən qabaqda getmək” Prezident İlham Əliyevin indiyə qədər bu məsələyə baxışının təməl prinsipləridir. Məsələnin tarixinə baxsaq, hər şey aydın olacaq. İndi biz 2019-cu ilin sonundayıq və su ehtiyatlarının səmərəli idarəolunması məsələsinin NK-da müzakirəsindən danışırıq. Amma, 2004-cü ildə Prezident İlham Əliyev seçildikdən 3 ay sonra Tovuzçay su anbarının tikintisi dövlət proqramına salındı. 2005-ci ildə Şəmkirçayın tikintisi haqda sərəncam imzaladı, 2007-ci ildə Taxtakörpü su anbarının tikintisinə başlandı. 2013-cü ildə Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, 2014-də Şəmkirçay su anbarı, 2016-cı ildə Tovuzçay su anbarı istifadəyə verildi. Vayxir su anbarının tikintisi isə hələ 2005-ci ildə başa çatmışdı.

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə isə 2005-ci ildə başlandı və 2010-cu ildə başa çatdırıldı.

Bütün bu layihələr qabaqlayıcı addımlardır və problemlərdən qabaqda getməyin göstəricisidir. Bunlar olmasaydı, indi bizdə su problemi BMT-nin hesabatındakı kimi gərgin mənzərə yaranacaqdı. Amma bu işlər görüldüyündən indi bizdəki vəziyyət bütövlükdəki qlobal vəziyyətdən xeyli yaxşıdır. Ancaq iqtisadi və sosial hədəflərimiz böyük olduğundan ehtiyatlarımızdan da qənaətlə istifadə etməliyik.

Söhbət iqtisadi inkişafın, demoqrafik artımın yaratdığı və qlobal iqlim dəyişikliyinin ortaya qoyduğu problemləri qabaqlamaqdan gedir. “Problemləri qabaqlamaq, bir addım öndə olmaq”. Bu Prezidentin Nazirlər Kabineti qarşısında qoyduğu əsas prinsipdir”.

Vurğulanıb ki, məsələnin ilkin müzakirəsi olub: “Həll prosesi də iki istiqamətdə aparılır: birinci istiqamət təxirəsalınmaz tədbirlərin görülməsidir. Bu barədə tapşırıqlar verilib. İkincisi, uzunmüddətli və strateji hədəflərin müəyyənləşdirilməsi və uzun vədədə məsələnin həllidir.

İndi proses əlaqəli qurumların təklifləri hazırlaması mərhələsindədir. Yəni nazirliklər, “Azərsu”, Meliorasiya və Su təsərrüfatı, “Azərenerji” və b.-a təkliflər hazırlamaq tapşırılıb. Bu sahədə xarici təcrübənin öyrənilməsi nəzərdə tutulur.

Amma ilkin təkliflər artıq var. Məsələn, problemin uzunmüddətli həlli üçün birinci, dövlət proqramının hazırlanması zəruridir. Eyni zamanda su balansının tərtibi də gündəlikdədir. Yəni müəyyənləşdirmək lazımdır ki, nə qədər ehtiyatımız var və nə qədər su sərf edirik. Ümumiyyətlə, ehtiyatların, xüsusilə, torpağın və suyun statistikasının və uçotunun aparılması, etibarlı statistika-informasiya bazasının yaradılması prezidentin ciddi tapşırığıdır.

Su ehtiyatlarından səmərəli istifadə ilk növbədə səmərəli inzibatçılıqdann başlayır. Odur ki, idarəçilik və inzibatçılığın təkmilləşdirilməsi nəzərdə tutulur. Bura müvafiq orqanların fəaliyyətinin koordinasiyasının daha da gücləndirilməsi də daxildir.

Azərbaycanın su ehtiyatlarının 70%-i xarici mənbələrdən formalaşır. Yəqin ki, təminatın alternativ mənbələri axtarılacaq. Bundan başqa ehtiyatlardan daha səmərəli istifadə etmək, itkilərin qarşısını almaq üçün sudan qənaətlə istifadəyə imkan verən müasir texnologiyaların daha geniş tətbiqinə ehtiyac var.

İtkilərin qarşısının alınması ən təcili məsələdir. Bunun üçün həm də beton kanallar şəbəkəsinin genişləndirilməsi də müzakirə olunur. Bundan əlavə kollektor-drenaj sisteminin bərpası və yenilərinin qurulması məsələsi də gündəlikdədir.

Ancaq bunlar ilkin təkliflərdir. Tezliklə təkliflər tam hazır olduqan sonra onların ümumiləşdirilməsi mərhələsi başlanacaq.

Lakin dövlətin indiyə qədər atdığı qabaqlayıcı addımlar, indiyə qədər görülmüş və görüləcək işlər ümumxalq dəstəyi və prezidentin də daim vurğuladığı kimi ictimai nəzarət olmadan istənilən effekti verə bilməz. Sudan qənaətlə istifadə olunması ümumxalq, hətta ümumbəşəri borc olmaqla yanaşı, bu, sosial-rifah məsələsidir, ölkənin enerji təminatı, nəhayət, milli təhlükəsizlik məsələsidir. Elə buna görədir ki, indiyə qədər Azərbaycan bu problemi qabaqlaya bilir və “problemin ardınca deyil, problemdən öndə getmək” prinsipini bacarıqla tətbiq edir. Bu məsələnin yenidən aktuallaşması deməyə əsas verir ki, biz həmişə olduğu kimi yenə problemdən bir neçə addım öndə ola biləcəyik”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlər Kabineti COVID-19-la bağlı sahibkarlara müraciət edib

İsrail Nazirlər Kabineti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiləyib

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

Almaniya Nazirlər Kabineti Lukaşenkonun Navalnı ilə bağlı açıqlamasını təkzib edib

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bir neçə qərarı ləğv edib

Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verib

Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırıb

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verib

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetində yeni təyinat olub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik edib

Lukaşenko yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib

Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

Nazirlər Kabineti: Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66