Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq imkanları müzakirə olunub

26 Dekabr 2019, 18:30 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin nümayəndə heyətinin “Azerbaijan Digital Hub” proqramının icrası çərçivəsində 17-18 dekabr tarixində Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Çinin texnologiyalar, e-ticarət, internet və digər əlaqəli sahələrdə fəaliyyət göstərəniri holdinqi olan “Alibaba Group”un rəhbərliyi ilə görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub.

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev və şirkətin strategiya üzrə müşaviri Azər Bayramov Çinin Hançjou şəhərində yerləşən “Alibaba Group”un Baş Ofisində şirkətin vitse-prezidenti Brayan Vonq ilə görüşdə “AzerTelecom”un icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, proqramın məqsədi dayanıqlı infrastruktur qurmaqla Asiya ilə Avropa arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu formalaşdırmaq, regional Data mərkəz qurmaq,dünyanın iri kontent provayderlərini Azərbaycanda fəaliyyət göstərməyə cəlb etmək vəAzərbaycanı regional rəqəmsal mərkəzə çevirməkdir.Görüşdə icra olunan layihələr barədə məlumat verilib və qeyd edilib ki, proqram çərçivəsində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaxın zamanda inşa ediləcək Transxəzər Fiber Optik kabel xətləri iri həcmli məlumatların ölkəmiz vasitəsilə Şərqə daşınmasına,Asiya qitəsinin data tranzitinə olan ehtiyacının qarşılanmasınaimkan verəcək.

Həmçinin “AzerTelecom” nümayəndələrinin“AlibabaGroup”a daxil olan və bulud xidmətləri təqdim edən “Alibaba Cloud” şirkətinin nümayəndələri ilə də görüşükeçirilib və şirkətlərin imkanları,eləcə də əməkdaşlıq perspektivləri müzakirə edilib.

Keçirilmiş görüşlərin yekunu olaraq “AzerTelecom” və “Alibaba Group” arasında gələcək əməkdaşlıq üzrə fəaliyyət planı razılaşdırılıb. Səfər çərçivəsində həmçinin Çinin texnologiyalar və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra digər şirkətləri ilə də görüşlər keçirilib.
“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir.

AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

AzerTelecom xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

25 Noyabr 2020, 22:17 (GMT +4)
Fransa Senatı “Dağlıq Qarabağ”ı tanımağa çağıran qərarı qəbul edib

25 Noyabr 2020, 21:48 (GMT +4)
Dieqo Armando Maradona dünyasını dəyişib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66