Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəbdaxili mərhələsi keçiriləcək

26 Dekabr 2019, 12:03 (GMT +4)

Bakı, 26 dekabr, SalamNews.“2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” Təhsil Nazirliyinin əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

SalamNews BŞTİ-yə istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, müsabiqə şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.

“Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən, məktəb mərhələsində şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmalı, təəssüratlarını qısa qeyd etməlidirlər. Hər məktəbdən ən çoxu 3 nəfər şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞTİ fəaliyyətini məsafədən təşkil edib

Fevral ayında BŞTİ-yə 5633 müraciət daxil olub

BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib

BŞTİ müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

BŞTİ tərəfindən qış ekskursiyaları təşkil olunur

BŞTİ: Paytaxt məktəbliləri 2019-cu ildə ciddi nailiyyətlərə imza atıblar

BŞTİ-də təltifolunma mərasimi keçirilib

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

Ötən ay BŞTİ-yə 12 029 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 15 526 müraciət daxil olub

Avqust ayında BŞTİ-yə 8 040 müraciət daxil olub

BŞTİ: "Məktəbəqədər hazırlıq qruplarında uşaqların maksimum sayı 30 nəfər ola bilər"

BŞTİ vakansiya seçiminə start verib

BŞTİ: 1433 nəfər fərqlənmə attestatı alıb

İyun ayında BŞTİ-yə 4 014 müraciət daxil olub

BŞTİ müdiri vətəndaşları qəbul edib

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 49 833 şagird bitirəcək

BŞTİ müdiri işə qəbul imtahanının gedişini izləyib

Aprel ayında BŞTİ-yə 6 238 müraciət daxil olub

04 Aprel 2020, 00:30 (GMT +4)
Azərbaycanda 158 mindən çox əməkdaşın evdən çıxması icazəsi təsdiqlənib

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

03 Aprel 2020, 17:34 (GMT +4)
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır

03 Aprel 2020, 17:22 (GMT +4)
Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

03 Aprel 2020, 17:18 (GMT +4)
Azərbaycanda bir ailədən nə qədər adam çölə çıxırsa, o qədər icazə alınmalıdır (RƏSMİ)

03 Aprel 2020, 17:14 (GMT +4)
Mişustin: Rusiyada koronavirusun pik həddi hələ keçməyib

03 Aprel 2020, 17:05 (GMT +4)
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq

03 Aprel 2020, 16:56 (GMT +4)
Bloomberg: ABŞ-dakı "Apple" mağazaları mayın əvvəlinə qədər bağlı qalacaq

03 Aprel 2020, 16:44 (GMT +4)
Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib

03 Aprel 2020, 16:44 (GMT +4)
Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılıb verilib (FOTO)

03 Aprel 2020, 16:21 (GMT +4)
Astarada narkotacirdən 4 kq narkotik götürülüb

03 Aprel 2020, 16:07 (GMT +4)
Angela Merkel karantindən çıxıb

03 Aprel 2020, 15:53 (GMT +4)
Azərbaycanın ən böyük strateji əhəmiyyətli yarımstansiyası yenidən qurulur

03 Aprel 2020, 15:37 (GMT +4)
Tramp Putin və SƏ şahzadəsi ilə neft hasilatının azaldılmasını müzakirə etmədiyini bildirib

03 Aprel 2020, 15:24 (GMT +4)
Twıtter Türkiyəni, İran və Qətəri təndiq edən 7,500 səhifəni bağlayıb

03 Aprel 2020, 15:22 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

03 Aprel 2020, 15:12 (GMT +4)
Rusiya Azərbaycana koronavirusun yoxlanması üçün  test sistemləri verib

03 Aprel 2020, 14:55 (GMT +4)
Qırğızıstanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

03 Aprel 2020, 14:46 (GMT +4)
Şəmkirdə ağac kəsən şəxs cəzalandırılıb

03 Aprel 2020, 14:33 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 53 mini ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66