Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məktəblilərin yazı işlərindən ibarət kitabın təqdimatı keçirilib (FOTOLAR)

25 Dekabr 2019, 15:15 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews.“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət kitabın təqdimat mərasimi təşkil olunub.

SalamNews BŞTİ-yə istinadən xəbər verir ki,Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə tədbir iştirakçıları şagirdlərin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kompozisiyalarla tanış olublar.

Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən İdarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında ulu öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər.

BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bu müsabiqənin şagirdlərdə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edərək müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Aygün Əfəndiyeva, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və digərləri müsabiqənin əhəmiyyəti barədə danışıblar. Bildiriblər ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 1 116 şagirdin yazı işindən 60-ı seçilərək hazırlanmış kitaba daxil edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

BŞTİ-nin onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatır

BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

BŞTİ: Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

BŞTİ fəaliyyətini məsafədən təşkil edib

Fevral ayında BŞTİ-yə 5633 müraciət daxil olub

BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib

BŞTİ müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

BŞTİ tərəfindən qış ekskursiyaları təşkil olunur

BŞTİ: Paytaxt məktəbliləri 2019-cu ildə ciddi nailiyyətlərə imza atıblar

BŞTİ-də təltifolunma mərasimi keçirilib

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

Ötən ay BŞTİ-yə 12 029 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 15 526 müraciət daxil olub

Avqust ayında BŞTİ-yə 8 040 müraciət daxil olub

BŞTİ: "Məktəbəqədər hazırlıq qruplarında uşaqların maksimum sayı 30 nəfər ola bilər"

BŞTİ vakansiya seçiminə start verib

BŞTİ: 1433 nəfər fərqlənmə attestatı alıb

16 İyul 2020, 18:00 (GMT +4)
Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

16 İyul 2020, 17:51 (GMT +4)
Cənubi Koreya prezidenti ayaqqabı hücumuna məruz qalıb

16 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

16 İyul 2020, 17:45 (GMT +4)
Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

16 İyul 2020, 17:35 (GMT +4)
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16 İyul 2020, 17:20 (GMT +4)
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020, 17:20 (GMT +4)
Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib

16 İyul 2020, 17:17 (GMT +4)
Fransanın Baş naziri ölkənin 2020-ci ildə iqtisadi tənəzzül yaşayacağını açıqlayıb

16 İyul 2020, 17:02 (GMT +4)
Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

16 İyul 2020, 17:02 (GMT +4)
İranda son sutkada 198 nəfərin koronavirusdan ölümü qeydə alınıb

16 İyul 2020, 16:57 (GMT +4)
Türkiyədə Ayasofyanı qorumaq və idarə etmək istiqamətində tədbirlər görüləcək

16 İyul 2020, 16:50 (GMT +4)
Facebookda Vaqif Dərgahlının adına saxta hesab açılıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66