Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“İrəli” 2019-cu ildəki fəaliyyətinə dair hesabat konfransı keçirilib (FOTOLAR)

25 Dekabr 2019, 10:44 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews.Dekabrın 24-də Bakı Gənclər Mərkəzində “İrəli” İctimai Birliyinin 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

SalamNews xəbər verir ki, konfransdan əvvəl “İrəli” İctimai Birliyinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbər şəxsləri və ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra hesabat məruzəsi ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, qurum öz fəaliyyətində ölkəmizin maraqlarını daim ön planda saxlayıb, gənclərin ictimai həyatda fəallıqlarının artırılmasına xüsusi diqqət yetirib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar gənclər sektorunda da ciddi canlanmaya səbəb olub. Xüsusilə gənc kadrların dövlət idarəçiliyində önə çəkilməsi Prezidentin ölkə gəncliyinə verdiyi ən mühüm qiymət və dəyərdir. Azərbaycan Prezidentinin gənclərə inamından və böyük etimadından ruhlanan gənclərimiz, o cümlədən “İrəli” İctimai Birliyinin fəalları daha böyük əzmlə çalışaraq dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına töhfə verməkdə davam edirlər”.

Vurğulanıb ki, “İrəli” İctimai Birliyi ölkəmizin hüdudlarından kənarda da uğurlu fəaliyyət həyata keçirir, gənclərimizin özünüinkişafına fəal dəstək verir. Hesabat dövründə Birliyin dəstəyi ilə onlarla gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edib, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına öz töhfələrini veriblər.

Prezident İlham Əliyevin doğum günündə - dekabrın 24-də yaradılan təşkilatın fəaliyyətə başlamasının 11-ci ildönümünün də cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə birlikdə qeyd olunduğunu vurğulayan Mirhəsən Seyidov deyib: “Biz növbəti ildönümümüzü Tərtərdə yerləşən N saylı hərbi hissədə qeyd etdik. Hərbi hissə rəhbərliyi, şəxsi heyətlə görüşdük, əsgərlərimizin yüksək səviyyədə xidmət aparmaları yaradılan şəraitlə tanış olduq. Bir daha əmin olduq ki, Vətənimizin keşiyində cəsur, mərd əsgərlərimiz dayanırlar. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırdır. O gün heç də uzaqda deyil. İnanırıq ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq".

Məruzədən sonra “İrəli” İctimai Birliyinin ötən bir ildəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov regionun ən böyük və peşəkar gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin təşkilat kimi fəaliyyətinin 11-ci, hərəkat kimi isə 16-cı ildönümü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, son illər ölkəmizdə aparılan islahatlar və reallaşdırılan tədbirlər gənclərin hərtərəfli inkişafına, onların ictimai-siyasi fəallığının artmasına müsbət təsir göstərib. Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmiş “Dövlət gənclər siyasəti haqqında” Fərman dövlət gənclər siyasətinin həyata keçirilməsinə, uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsinə, uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarlarla sübut edib. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait Azərbaycan Prezidentinin gənclərə ali diqqət və qayğısının nəticəsidir.

Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev “İrəli” İctimai Birliyinin Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirilməsi, gənclərin inkişafına dəstək verilməsi işinə mühüm töhfələr verdiyini vurğulayıb. F.Babayev bildirib ki, gənclərin ictimai-siyasi fəallıqlarının artırılması üçün həyata keçirilən Dövlət proqramları, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov bildirib ki, “İrəli” İctimai Birliyi fəaliyyət prinsiplərinə sadiq qalaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün səylə çalışır: “İctimai Birliyin potensialı yalnız bununla məhdudlaşmır. Əminəm ki, “İrəli” İctimai Birliyi qarşıda duran hədəflərə çatmaq üçün öz potensialından maksimum istifadə edəcək. Xüsusilə vətənpərvərlik mövzusu gənclərimiz üçün çox aktualdır. Təbii ki, bu, təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil. Vətənpərvərlik ən xırda küçə mədəniyyətindən, etik davranışdan tutmuş, yaşlılara hörmət, azyaşlılara qayğı deməkdir. “İrəli” İctimai Birliyinin üzvləri bütün bu keyfiyyətlərin cəmiyyətdə təbliğinə və yayılmasına mühüm töhfə verirlər”.

Çıxışlardan sonra İctimai Birliyin il ərzində fərqlənən üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların rəhbərləri təltif olunublar.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Birliyin əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. Beş illik fəaliyyətdən sonra “İrəli” İctimai Birliyi fəaliyyətini gənclər hərəkatı kimi dayandırıb və 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb.

“İrəli” İctimai Birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək gənclərin təşəbbüslərini bütün sahələrdə stimullaşdırmaq və gənclər siyasətində yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın gənclər siyasətinə töhfə vermək də İctimai Birliyin əsas məqsədlərindəndir. Təşkilatın fəaliyyətinin prioritet istiqamətləri dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak, gənclərin dinamik inkişafındakı fəal rol oynamaq, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsilçiliyinə, onların ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə, azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunmasına, beynəlxalq platformalarda ölkəmizin ictimai və siyasi maraqlarının qorunmasına, mədəni və tarixi irsin təbliğinə, beynəlxalq rəqabətədavamlı gəncliyin inkişafına nail dəstək verməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək

“İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib

“İrəli” İctimai Birliyi üzvləri ilə fərdi qaydada görüş təşkil edir

“İrəli” İctimai Birliyi “SAY: All Star” layihəsini həyata keçirib

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər keçirir

“İRƏLİ” İctimai Birliyi "Gənclər Kuboku" təsis edib

“İRƏLİ” İctimai Birliyin sədri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri ilə görüşüb

“İrəli” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası yenidən başlayıb

“İrəli” İctimai Birliyi 2017-ci il üçün fəaliyyət istiqamətlərini açıqlayıb

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66