Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Prezidenti: “Əminəm ki, Cənub Qaz Dəhlizi gələn il tam işə düşəcək”

24 Dekabr 2019, 15:49 (GMT +4)

Bakı, 24 dekabr, SalamNews.“TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə. Yəni, bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı”.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, TANAP layihəsi bizim strateji aktivimizdir: “Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik. Çünki biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan qazını daha böyük həcmdə Avropa qitəsinə nəql etmək üçün bir neçə layihə irəli sürülmüşdü. Onlardan biri “Nabukko” idi, başqa layihələr də var idi. Bu layihələr ətrafında çoxsaylı müzakirələr aparılırdı, konfranslar təşkil edilirdi. Faktiki olaraq, biz bir neçə il vaxt itirdik. Çünki bu layihənin əsas amili yox idi: bunun pulunu kim verəcək? Ölkələr arasındakı koordinasiyanı kim aparacaq? İlkin mərhələdə Avropa İttifaqı bu missiyanı öz üzərinə götürmüşdü və ölkələr arasında koordinasiyanı aparmağa çalışırdı. Dediyim bu simpoziumlar, konfranslar, təqdimatlar bu məqsədi daşıyırdı. Ancaq biz də iştirak edirdik və şəxsən mən dəfələrlə iştirak etmişəm. Hər dəfə görürdüm ki, burada konkret məsələlərdən söhbət getmir. Yaxşı şüarlar səsləndirilir, yaxşı təqdimatlar edilir. Ancaq bunu necə edək, kim edəcək, kim öz üzərinə götürəcək, bu məsələ açıq olaraq qalırdı. Biz bu məsələyə toxunanda bizə çox mücərrəd cavablar verilirdi, başa düşə bilmirdik ki, bu, nə məsələdir. Ona görə, biz görəndə ki, bu məsələ artıq öz həllini tapmır, “Şahdəniz-2” layihəsinə sanksiya vermək üçün isə mütləq bu məsələ öz həllini tapmalı idi. Çünki əks-təqdirdə kim bu qədər vəsaiti qazma işlərinə istiqamətləndirəcək ki, əgər bunun bazarı yoxdur. Qaz bazarında sən əvvəlcədən gərək kontrakt bağlayasan, ondan sonra qazma işləri aparasan. Bu, neft deyil ki, istənilən yerə satmaq olar. Bu, bazara bağlı olan məhsuldur. Ona görə biz görəndə ki, bu məsələ yerində sayır, o vaxt təşəbbüs irəli sürdük və Türkiyə tərəfinə bunu təqdim etdik. Təklif etdik ki, bu layihənin adı TANAP olsun – Trans-Anadolu kəməri. Türkiyə tərəfindən müsbət reaksiya verildi. Beləliklə, 2012-ci ildə mən və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu tarixi anlaşmanı imzaladıq. Ondan təqribən bir il sonra “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsinin işlənilməsinə sanksiya verdi. Yəni, bu, bir-biri ilə sıx bağlı olan məsələlər idi. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2” də havada qalacaqdı və bu gün biz bu layihəni icra edə bilməzdik”.

Dövlət başçısı vurğualyıb ki, məhz buna görə TANAP-ın çox böyük əhəmiyyəti var: “Çünki bu, imkan verdi ki, “Şahdəniz” qaz-kondensat yatağı tammiqyaslı işlənilsin və beləliklə, orada bir trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql edilsin. İkinci məsələ, bu, nə üçün bizə lazımdır? Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata hazırlaşan “Abşeron” yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. “Abşeron” yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici investor da oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri olmasaydı, kim buna vəsait qoyardı? Bizim digər yataqlardan təbii qaz çıxır, o cümlədən səmt qazı. İndi səmt qazını da biz qəbul edirik. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatı var. Biz onun da istismarına yaxınlaşırıq. Ona görə TANAP burada xüsusi rol oynayıb. Bu, sadəcə olaraq, bir kəmər deyil ki, Türkiyə ərazisindən keçir. Bu, həm Türkiyəni təmin edəcək və artıq edir, Gürcüstanı, Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün qaz ehtiyatlarımızı işə salaq, xarici investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır. Ona görə TANAP-ın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, TANAP Avropa qaz kəmərinin - “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür.

Onu da bildirməliyəm ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olub. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və TAP. Onların hər birində Azərbaycan iştirak edir. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır. Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki, biz keçən il rəsmi açılışını etdik, gələn il tam işə düşəcək”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev Münhendə Beynəlxalq Böhran Qrupunun rəhbəri ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO)

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

Prezident İlham Əliyev BQXK Prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb 

Prezident İlham Əliyev Münxendə dəyirmi masada iştirak edib

Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

Prezident İlham Əliyev millimizi təbrik edib

Prezident İlham Əliyev: İstəmirəm ki, işsiz adam olsun

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

Prezident İlham Əliyev Kürdəmirə səfərə gedib

Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib 

Vladimir Putin İlham Əliyevi təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib

Çin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Mixail Qusmana “Şərəf” ordenini təqdim edib (FOTO)

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu “Dostluq” ordeni ilə təltif edib

17 Fevral 2020, 18:01 (GMT +4)
Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrılıb

17 Fevral 2020, 17:50 (GMT +4)
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

17 Fevral 2020, 17:50 (GMT +4)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

17 Fevral 2020, 17:31 (GMT +4)
Yaponiyada koronavirus ilə əlaqədar imperatorun çıxışı ləğv edilib

17 Fevral 2020, 17:14 (GMT +4)
AQTA Qax məktəbliləri ilə görüş keçirib

17 Fevral 2020, 16:52 (GMT +4)
Burkina-Fasoda kilsəyə hücum zamanı 24 nəfər qətlə yetirilib

17 Fevral 2020, 16:47 (GMT +4)
Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

17 Fevral 2020, 16:40 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17 Fevral 2020, 16:32 (GMT +4)
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

17 Fevral 2020, 16:25 (GMT +4)
Çində koronavirusa yoluxduğunu gizləyən şəxslər edam cəzasına məhkum edilə bilər

17 Fevral 2020, 16:19 (GMT +4)
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

17 Fevral 2020, 15:58 (GMT +4)
Türkiyədə qeyri-qanuni şəkildə yaşayan azərbaycanlılar saxlanılıb

17 Fevral 2020, 15:50 (GMT +4)
DSMF-də yeni idarələr yaradılıb

17 Fevral 2020, 15:45 (GMT +4)
Xırdalan dairəsinin altından keçən avtomobil tuneli dördzolaqlı olacaq

17 Fevral 2020, 15:22 (GMT +4)
AB Belarusa qarşı silah embarqosu və sanksiyaların müddətini bir il uzadıb

17 Fevral 2020, 15:18 (GMT +4)
Peskov: Rusiya Belarusla enerji mövzusunda dialoqu davam etdirəcək

17 Fevral 2020, 14:37 (GMT +4)
Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:20 (GMT +4)
Cənubi Koreyada koronavirusa 30-cu yoluxma halı qeydə alınıb 

17 Fevral 2020, 14:08 (GMT +4)
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

17 Fevral 2020, 13:58 (GMT +4)
"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihə davam edir

17 Fevral 2020, 13:50 (GMT +4)
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

17 Fevral 2020, 13:47 (GMT +4)
Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

17 Fevral 2020, 13:42 (GMT +4)
Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

17 Fevral 2020, 13:25 (GMT +4)
Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

17 Fevral 2020, 13:09 (GMT +4)
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

17 Fevral 2020, 13:00 (GMT +4)
Xəzərin sahili sintetik torlardan təmizlənib

17 Fevral 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Fevral 2020, 12:31 (GMT +4)
Kamerunda 14-ü uşaq olmaqla 20-dən çox insan qətl edilib

17 Fevral 2020, 12:21 (GMT +4)
Dövlət Agentliyinin sədri «GəncLİK» proqramının iştirakçıları ilə görüşüb (FOTOLAR)

17 Fevral 2020, 12:09 (GMT +4)
Polşa XİN rəhbəri Rusiyanı AB üçün təhlükə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66