Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Ölkənin ən böyük "CinemaPlus" kinoteatrı açılacaq

21 Dekabr 2019, 14:50 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. Xəzər dənizinin sahilində, "Dəniz Mall" ticarət mərkəzində ən yeni 4DX texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük "CinemaPlus" kinoteatrı açılır.

SalamNews xəbər verir ki, ilk təqdimat Xəzər və Qafqaz regionlarında ən böyük tədbirlərdən biri olan "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində keçirilib.

Azərbaycan bu texnologiyanın qurulmasında dünyada 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusun ardınca 4-cüdür.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilən blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir: "Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsində ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir. Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin bu format film izləyərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir".

Z.Darabzadə xatırladıb ki, 4DX formatında 650-dən çox Hollivud və yerli filmlər nümayiş etdirilib: "Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur. Bütün filmlərin premyeraları 4DX formatında yayımlanır. Ticarət mərkəzinin açılışı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Ticarət mərkəzinin bənzərsiz dizaynı londonlu dizayner Çapman Teylor tərəfindən hazırlanıb. O, dizayn zamanı Azərbaycanın gerbinin səkkizguşəli ulduzundan ilhamlanıb. “CinemaPlus” kinoteatrlar şəbəkəsinin tərkibinə 7 kinoteatr, 33 ekran və 3638 yer daxildir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Sentyabr 2020, 19:28 (GMT +4)
MN: Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

30 Sentyabr 2020, 19:22 (GMT +4)
Aİ Şurasının Prezidenti Azərbaycan Prezidentinə zəng edib

30 Sentyabr 2020, 19:20 (GMT +4)
Ermənilər Horadizə top mərmisi atıb, 1 mülki şəxs həlak ölüb, 3 nəfər yaralanıb

30 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

30 Sentyabr 2020, 17:57 (GMT +4)
Bayden Trampı "Putinin küçüyü" adlandırıb

30 Sentyabr 2020, 17:52 (GMT +4)
Azərbaycanda iki yeni medal təsis edilir

30 Sentyabr 2020, 17:45 (GMT +4)
VEYSƏLOĞLU Azərbaycan ordusuna dəstək göstərir

30 Sentyabr 2020, 17:40 (GMT +4)
MN: Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib

30 Sentyabr 2020, 17:40 (GMT +4)
TAP: Hərbi vəziyyət Avropaya qaz tədarükü üçün risk yaratmır

30 Sentyabr 2020, 17:31 (GMT +4)
Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

30 Sentyabr 2020, 17:25 (GMT +4)
Nazir: Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30 Sentyabr 2020, 17:17 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

30 Sentyabr 2020, 17:15 (GMT +4)
Neftçala öz gənclərini cəbhəyə yola salıb

30 Sentyabr 2020, 17:10 (GMT +4)
Bakı üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb

30 Sentyabr 2020, 17:05 (GMT +4)
Prezident: Bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur

30 Sentyabr 2020, 17:00 (GMT +4)
İraq xarici zəvvarların Ərbəin ziyarətinə qatılmasına icazə verib

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə işimiz yoxdur

30 Sentyabr 2020, 16:50 (GMT +4)
Argentinada son sutkada 13 477 koronavirusa yoluxma aşkar edilib

30 Sentyabr 2020, 16:49 (GMT +4)
Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

30 Sentyabr 2020, 16:42 (GMT +4)
MN: Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib

30 Sentyabr 2020, 16:42 (GMT +4)
Prezident İlham Əliyev: Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır

30 Sentyabr 2020, 16:39 (GMT +4)
Rusiyada yaşayan azərbaycanlı ruhanilər və dini cəmiyyətlər cəbhədəki vəziyətlə bağlı bəyanat yayıblar

30 Sentyabr 2020, 16:30 (GMT +4)
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq 

30 Sentyabr 2020, 16:28 (GMT +4)
Azərbaycan Prezidenti: Bizim işimiz haqq işidir, Vətən uğrunda vuruşuruq

30 Sentyabr 2020, 16:13 (GMT +4)
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib

30 Sentyabr 2020, 16:00 (GMT +4)
"Azexport" portalına daxil olan ixrac sifarişləri 7,5% artıb

30 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

30 Sentyabr 2020, 15:37 (GMT +4)
Ermənistan işğal edilmiş ərazilərdən çıxanadək legitim hərbi əməliyyatlar davam edəcək - Azərbaycan ATƏT nümayəndəliyi 

30 Sentyabr 2020, 15:36 (GMT +4)
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

30 Sentyabr 2020, 15:35 (GMT +4)
Qarabağ döyüşləri İran parlamentində müzakirəyə çıxarılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66