Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

20 Dekabr 2019, 17:07 (GMT +4)

Bakı, 20 dekabr, SalamNews. Bakı Dövlət Universiteti (BDU) ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair Protokol imzalanıb. Protokolu BDU-nun rektoru Elçin Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıb.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev ölkədə qeyri-neft senayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. “AzerGold” ilə əməkdaşlıq əlaqalərinə toxunan rektor Protokolun təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitlərinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirib. Rektor əməkdaşlıq əlaqələrinin qurulmasını davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində vacib amil olduğunu qeyd edərək ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələrin əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olacaqlarını vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyri-neft senayesinin inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, “AzerGold” dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlara əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir. Şirkətin qısa müddət ərzində qeyri-neft sektorunun ixracatçıları arasında ön sıralara çıxmasını vurğulayan Z.İbrahimov hər bir müəssisənin uğuru idarəetmə ilə yanaşı, peşəkarlıq səviyyəsi yüksək olan kadrların səmərəli fəaliyyətindən asılı olduğunu qeyd edib.

Qurum tələbələrə öz bilik və bacarıqlarını artırmaq istiqamətində dəstək olur, təcrübələri üçün şərait yaradır. BDU-nun yalnız təhsil ocağı deyil, həm də məhsuldar araşdırmalar və innovativ ideyalar üçün uğurlu bir platforma olduğunu deyən Z.İbrahimov bu platformadan elmi tədqiqatlar, kadr potensialının möhkəmlənməsi və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətini açıqlayıb.

BDU və “AzerGold” arasında imzalanmış Protokolda birgə əməkdaşlıq sahələri kimi faydalı qazıntı yataqlarının əmələgəlmə şəraitlərinin araşdırılması və yerləşmə qanunauyğunluqlarının tədqiq edilməsi, filiz nəzarətedici və yerləşdirici strukturlarının aşkarlanması və modelləşdirilməsi, proqnozlaşdırma kriteriyalarının işlənib hazırlanması, onların geoloji kəşfiyyat proseslərində tətbiqinin optimallaşdırılması və bu əsasda proqram təminatının hazırlanması kimi məsələlər nəzərdə tutulur. Birgə elmi-praktiki konfranslar və fikir mübadiləsi üçün işçi görüşlərin təşkili, Universitetin gənc mütəxəssislərinin və elmi-texniki personalının “AzerGold”un kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparması üçün lazımi şəraitin yaradılması kimi məsələlər də Protokolda öz əksini tapıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU-da Müqayisəli hüquq araşdırmaları Mərkəzi yaradılacaq

Rövşən Abdullaoğlunun kitabı ABŞ-da qızıl medala layiq görülüb

Netanyahu Misir prezidenti Əbdül-Fəttah Sisi ilə BƏƏ-İsrail əlaqələrini müzakirə edib

BDU-nin yeni yüzilliyinin ilk ili tamam olur

Milli Qəhrəman Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 28 il ötür

Mehriban Əliyeva Azərbaycan qadının "Mehriban" simasıdir - BDU tələbəsi

BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini başa vurub

BDU-nun tələbəsi: Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir

Leyla Abdullayeva: Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər

BDU-da yaz semestrinin imtahan sessiyası yekunlaşıb

BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

BDU-nun müəllimi əməliyyatdan sonra vəfat edib

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür

BDU-nun tələbələrinə “Smart tələbə kartı” təqdim edilib

BDU-da onlayn imtahan sessiyası davam edir

BDU-da onlayn imtahan sessiyası öz işinə başlayıb

Rövşən Abdullaoğlunun yeni romanı çapdan çıxıb

22 Sentyabr 2020, 09:14 (GMT +4)
Mevlut Çavuşoğlu: Ermənistanı ağlını başına yığmağa, hücumları dayandırmağa çağırıram

22 Sentyabr 2020, 09:09 (GMT +4)
ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

22 Sentyabr 2020, 09:09 (GMT +4)
AQTA sahibkarlara xəbərdarlıq edib

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

21 Sentyabr 2020, 15:52 (GMT +4)
İranda son sutkada 177 koronavirus xəstəsinin ölümü qeydə alınıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)
Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib - FOTOREPORTAJ

21 Sentyabr 2020, 15:10 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Sentyabr 2020, 15:07 (GMT +4)
ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaradıb

21 Sentyabr 2020, 14:56 (GMT +4)
Ceyhun Bayramov erməni təxribatı ilə bağlı moldovalı həmkarına məlumat verib

21 Sentyabr 2020, 14:53 (GMT +4)
Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var

21 Sentyabr 2020, 14:52 (GMT +4)
YAP bəyanat yayıb

21 Sentyabr 2020, 14:46 (GMT +4)
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

21 Sentyabr 2020, 14:40 (GMT +4)
Rusiya apteklərində COVID-19 preparatının satışları başlayıb

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

21 Sentyabr 2020, 14:10 (GMT +4)
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66