Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə rəsmi ziyafət verilib (FOTOLAR)

18 Dekabr 2019, 09:05 (GMT +4)

Bakı, 18 dekabr, SalamNews.Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə rəsmi ziyafət verilib.

SalamNews xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak ediblər.

Azərbaycan və Ukrayna prezidentlər ziyafətdə çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident.

Hörmətli Yelena Vladimirovna.

Xanımlar və cənablar,

Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Bu, Sizin Azərbaycana ilk rəsmi səfərinizdir və şadam ki, səfər çox uğurlu keçir. Bunu apardığımız müzakirələr, imzalanan sənədlər bir daha təsdiqləyir.

Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərən 16 xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyi olub.

Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

İqtisadi əlaqələrin inkişafı geniş müzakirə edilib. 2018-ci ildə ölkəmizlə xarici ticarət dövriyyəsinin həcminə görə Ukrayna 10-cu yeri tutub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna ilə ticarət dövriyyəsi 20 faiz artıb. 2018-ci ildən Kiyevdə Azərbaycan Ticarət evi fəaliyyət göstərir, bu gün də Sizin iştirakınızla “Ukrayna məhsulları” Mərkəzi Kompleksinin açılışı olub. Bu gün Azərbaycan və Ukrayna iş adamlarının biznes forumunun açılış mərasimində iştirak etdik. Forumda təmsilçilik səviyyəsi və orada aparılan müzakirələr iqtisadi-ticarət əlaqələrimizin inkişafına marağın yüksək səviyyədə olduğunu göstərir.

Ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Ukraynada SOCAR-ın nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna ərazisində SOCAR-ın 62 yanacaqdoldurma məntəqəsi və “SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası mövcuddur.

Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi var. 2001-ci ildən Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Ukraynanın da bir sıra təhsil ocaqlarında Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ukraynanın böyük oğlu şair Taras Şevçenkonun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun heykəli Bakı və Zaqatalada ucaldılıb. Paytaxtımızın parklarından biri məşhur şairə-dramaturq Lesya Ukrainkanın adını daşıyır, həmin parkda onun büstü qoyulub. 2019-cu ildə Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Əlamətdar haldır ki, bu ilin mayında böyük şair Nəsiminin Kiyevdə heykəlinin rəsmi açılışı olub. Bakının əsas nəqliyyat qovşaqlarından biri Ukrayna dairəsi adlanır. Bütün bunlar xalqlarımız arasında mövcud olan möhkəm dostluğun göstəricisidir.

Ölkələrimizin regionları da bir-biri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım kimi Quba və Truskavets, Gəncə və Odessa şəhərləri arasında əməkdaşlığın qurulmasını göstərmək olar.

Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub.

Hörmətli cənab Prezident, hörmətli Yelena Vladimirovna, Sizi bir daha salamlayıram.

Prezident Vladimir Zelenskinin çıxışı

-Çox hörmətli İlham Heydər oğlu.

Çox hörmətli Mehriban Arif qızı.

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə Azərbaycan Respublikasına rəsmi səfərə dəvətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Mən əvvəllər də burada olsam da, yeni statusda Azərbaycana ilk dəfədir səfər edirəm. Ölkənizi ziyarət etdikcə onun gözəlliyinə və bənzərsiz rəngarəngliyinə, ən əsası isə azərbaycanlıların qonaqpərvərliyinə heyran qalıram.

Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyilir: “Xalqların dostluğu sülhün təməlidir”.

Ukrayna ilə Azərbaycanın dövlətlərarası münasibətlərinin tarixi uzaq 1919-cu ildən başlayır. Məhz o zaman - 1919-cu il fevralın 8-də Ukraynanın Azərbaycandakı xüsusi diplomatik missiyasının başçısı İvan Kraskovski etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim edib.

Ötən 100 ildə ölkələrimiz bir çox çətinliklərlə üzləşdilər, böyük uğurlara sevindilər, lakin hər zaman dostluq və iki müstəqil dövlətə qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldılar. Bu prinsiplərə Ukraynanın böyük dostu – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də riayət edirdi. Onun müdrik kəlamlarından birini xatırlatmaq istərdim: “Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir”.

Ukrayna öz azadlığı və suverenliyini müdafiə etmək məcburiyyəti ilə üzləşdi. Biz sülhü və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edirik. Təəssüflər olsun ki, eyni təhdid öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan qarşısında da durub. Lakin mən əminəm ki, dövlətlərimiz bu sınaqlardan müvəffəqiyyətlə keçəcək. İnanıram ki, uzun zamandır gözlənilən sülh həm Ukrayna, həm də Azərbaycan torpaqlarında zəfər çalacaq.

Bu gün aparılan danışıqlar Ukrayna və Azərbaycan arasındakı münasibətlərə yeni təkan vermək üçün ortaq səy və siyasi iradənin olduğunu təsdiqlədi. Bunun üçün böyük potensiala və gözəl perspektivlərə malikik.

Hörmətli İlham Heydər oğlu, Azərbaycana dəvət etdiyinizə və səmimi qəbula, eləcə də ölkələrimiz üçün vacib bütün məsələlər üzrə aparılan açıq və konstruktiv dialoqa görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ukraynaya edəcəyiniz səfəriniz zamanı bu dialoqun davam etdirilməsinə şad olaram. Əminəm ki, birgə səylərlə biz dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı möhkəmlədə bilərik.

Yaşasın Ukrayna, yaşasın Azərbaycan!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vladimir Zelenski SOCAR prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib

Vladimir Zelenski Azərbaycan Prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib

Vladimir Zelenskinin Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTOLAR)

Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək

Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

Vladimir Zelenski fləşmobla korrupsiyaya qarşı mübarizə aparmağı təklif edib

Vladimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Ukrayna prezidenti Vladimir Zelenski vəzifəsinin icrasına başlayıb

Ukraynada prezident seçkilərinin nəticələrinə görə Vladimir Zelenski liderdir

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66