Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-da Şirməmməd Hüseynovun barelyefi açılıb (FOTO)

17 Dekabr 2019, 16:10 (GMT +4)

Bakı, 17 dekabr, SalamNews. Bakı Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətlə BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb.

Rektor Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Alimin həyatının böyük hissəsinin Universitetlə bağlı olduğunu bildirən E.Babayev gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Daim örnək həyat sürən Şirməmməd müəllimin cəmiyyətimiz üçün nümunəvi övladlar yetişdirdiyini qeyd edən rektor hazırda alimin qızlarının Azərbaycan elminin, mədəniyyətinin inkişafı yolunda səylə çalışdıqlarını diqqətə çatdırıb.
Qeyd edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir. Biz də bu gün böyük alim qarşısında qismən də olsa, mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq.

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrini oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov düz 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov məktəb yaratmışdı. O, təkbaşına bir akademiya və universitet qədər iş görmüş, Azərbaycan mediasını zənginləşdirərək tarixə çevirmişdi.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimin lap gənc yaşlarından Universitetdə sayılıb, seçildiyini vurğulayıb. Bildirib ki, onun heç bir sözünə etinasızlıq olmayıb. O, tələbələrini balası qədər sevib, qayğı, diqqət göstərib, haqq, ədaləq çarçısı olub.

“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev Şirməmməd müəllimlə həm tələbə, həm aparıcı kimi ünsiyyətdə olduğunu vurğulayıb. Bildirib ki, Şirməmməd müəllimə həsr olunmuş kitabda özümü onun mirzəsi kimi təqdim etmişəm. Onunla hazırladığımız layihələrdə, əslində jurnalistə ehtiyac yox idi. Mən sadəcə olaraq mikrofonun, qələmin, kameranın davamı idim.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Şirməmməd müəllimsiz həyatımızda böyük bir boşluq yaranıb. O, necə yaşamağın bir nümunəsi idi. Həmişə nikbin, inandığı ideyalara sadiqliyini göstərən, buna inanan bir insan idi.

“Discovery Azerbaijan” jurnalının təsisçisi və baş redaktoru Çavanşir Feyziyev isə qeyd edib ki, Şirməmməd müəllim bütün Azərbaycan xalqının müəllimi olub. Vətənini, xalqını sevən insanlar onu öz müəllimləri hesab ediblər. O, həyat tərzi, həyat amalları ilə xalqımız üçün örnək şəxsiyyət olub.

Professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər çıxış edənlər Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərdiyini vurğulayıblar.

Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Universitetin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün böyük hissəsi universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.
Bareylefin aşılından sonra tədbir BDU-nun tədris-teleradio studiyasının dəyirmi zalında davam edib, xatirələr dinlənilib. Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Şirməmməd müəllim təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova tutduğu vəzifədən ayrılıb

Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olunub

BDU çinli tələbənin müayinələrinin nəticələri ilə bağlı açıqlama yayıb

Qazaxıstan nümayəndə heyəti BDU-da olub

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd ediləcək

Adil Əbdül-Mehdi İraqın baş naziri olaraq qala bilər – Mənbə

Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub

BDU-da “Açıq qapı” günü keçirilib

BDU-da imtahanlara ictimai baxış keçirilib

BDU-da Hindistan Mədəniyyət Mərkəzi açılacaq

BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

BDU-da Ulu Öndərə həsr olunuş məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

29 Fevral 2020, 16:05 (GMT +4)
Ağ Ev Tramp və Kurtzın görüşünü koronavirus səbəbiylə təxirə salıb

29 Fevral 2020, 16:03 (GMT +4)
Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib

29 Fevral 2020, 15:49 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 123-ü sağalıb

29 Fevral 2020, 15:42 (GMT +4)
Gürcüstanda 170 nəfər karantinə alınıb

29 Fevral 2020, 15:38 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

29 Fevral 2020, 15:29 (GMT +4)
Azərbaycan İranla sərhədlərini bağlayır

29 Fevral 2020, 15:22 (GMT +4)
Taliban hökumət qüvvələrinə hücumların dayandırılması göstərişini verib

29 Fevral 2020, 15:15 (GMT +4)
AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq edib

29 Fevral 2020, 15:07 (GMT +4)
Subsidiyaların mərhələli şəkildə “Fermer kartlarına” köçürülməsinə başlanılıb

29 Fevral 2020, 14:58 (GMT +4)
Ərdoğan Putinə Türkiyəni Suriya ilə "təkbətək" qoymağı təklif edib

29 Fevral 2020, 14:53 (GMT +4)
İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

29 Fevral 2020, 14:51 (GMT +4)
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib

29 Fevral 2020, 14:30 (GMT +4)
"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

29 Fevral 2020, 14:25 (GMT +4)
ABŞ-da koronavirusa yoluxanların sayı 62 nəfərə çatıb

29 Fevral 2020, 14:16 (GMT +4)
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub

29 Fevral 2020, 14:06 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 43-ə çatıb, yoluxanlar 593 nəfərdir

29 Fevral 2020, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 Fevral 2020, 13:57 (GMT +4)
Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başlayıb

29 Fevral 2020, 13:50 (GMT +4)
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

29 Fevral 2020, 13:47 (GMT +4)
4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan

29 Fevral 2020, 13:20 (GMT +4)
Bloomberg: Dünyanın ən varlı insanları bir həftə ərzində 444 milyard dollar itirib

29 Fevral 2020, 13:12 (GMT +4)
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

29 Fevral 2020, 13:03 (GMT +4)
İran Parlamenti işini müvəqqəti dayandırıb

29 Fevral 2020, 13:00 (GMT +4)
“Novruz mühazirələri”nə başlanılır

29 Fevral 2020, 12:48 (GMT +4)
Ərəb Dövlətləri Liqası İdlibdə tərəfləri atəşkəsi bərpa etməyə çağırıb

29 Fevral 2020, 12:46 (GMT +4)
ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib

29 Fevral 2020, 12:37 (GMT +4)
KİV: Yunanıstan Türkiyəyə dəstəyə dair NATO bəyanatına veto qoyub

29 Fevral 2020, 12:30 (GMT +4)
Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"

29 Fevral 2020, 12:11 (GMT +4)
2020 Enactus Azərbaycan Qış Məktəbinə start verilib

29 Fevral 2020, 11:54 (GMT +4)
ASCO-da koronavirusla bağlı “qaynar xətt" və qərargah fəaliyyətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66