Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Bizim həyət” layihəsi çərçivəsində Nizami rayonunda daha bir həyət abadlaşdırılıb (FOTOLAR)

17 Dekabr 2019, 11:06 (GMT +4)

Bakı, 17 dekabr, SalamNews.IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

SalamNews-un məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 84, 86, 88, 90, 92 ünvanlarında 1300 sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 14 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib, 9 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları və yanğın hidrantları quraşdırılıb.

Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Heydər Əliyev Fondunun vitse-prezidenti  tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə müsabiqə həyata keçiriləcək

Heydər Əliyev Fondu Şəkidə və Pirallahıda iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub 

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Heydər Əliyev Fondu iftar süfrəsi açıb

Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib

Heydər Əliyev Fondu aztəminatlı ailələrə ənənəvi Novruz sovqatları paylayıb

Heydər Əliyev Fondu Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66